Röyal Verdiyevin şəhid statusu bərpa olundu

15:06 15-11-2023 | icon 1034 | Şəhidlər və şahidlər
Röyal Verdiyevin şəhid statusu bərpa olundu

44 günlük Vətən müharibəsi iştirakçısı Röyal Verdiyevin şəhid statusunun ləğv edilməsi ilə bağlı işə yenidən baxılıb.

 

Versus.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Verdiyev Röyal Qabil oğlunun ailəsi şəhid statusunun bərpası ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinə qarşı iddia qaldırıb.

 

İddiaçı tərəfin vəkili Əziz Qənbərli bildirib ki, R.Verdiyev 2020-ci ildə 44 günlük Vətən müharibəsində iştirak edib. O, Cəbrayıl, Qubadlı, Laçın rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına döyüşüb. R.Verdiyev döyüş bölgəsində əsgər yoldaşının silahla ehtiyatsız davranması nəticəsində açılan güllədən həlak olub. O, 2020-ci ilin 3 dekabrında Daşkəsən Rayon Şəhidlər Xiyabanında dəfn edilib. Xidmət vaxtı həlak olduğuna görə Verdiyevə şəhid, ailəsinə şəhid ailəsi statusu verilib.

 

Lakin 1 il sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsi R.Verdiyevin şəhid statusunun ləğv edilməsi, ailəsinə verilən müavinətlərin dayandırılması tələbi ilə iddia qaldırıb. Xidmət iddiasını belə əsaslandırıb ki, R.Verdiyevlə bağlı təkrar araşdırma aparılıb, onun şəhidlik statusunun ləğv edilməli olduğu qənaətinə gəlinib.

 

İnzibati orqanın hərbçinin cinayət nəticəsində həlak olması barədə məktubundan sonra-2021-ci ilin oktyabr ayında onun şəhid statusu ləğv edilib, həmin vaxtdan ailəsinə verilən müavinətlər dayandırılıb.

 

İddiaçı tərəf bununla bağlı ilk olaraq Gəncə İnzibati Məhkəməsinə müraciət etsə də, məhkəmə onların iddia tələbini rədd edib. Gəncə Apellyasiya Məhkəməsinin hakimi Azər Bayramov isə həmin qərardan verilmiş şikayəti qismən təmin edib və işi yenidən baxılması üçün Gəncə İnzibati Məhkəməsinə qaytarıb.

 

Hakim Hüseynovun sədrliyi ilə işə yenidən baxılıb. Məhkəmə bu dəfə əvvəlki qərarını dəyişib, iddianı təmin edib. Qərara əsasən, inzibati orqanın məktubu qanunsuz hesab edilib. Bununla da Röyal Verdiyevin şəhid statusu yenidən bərpa edilib. Bundan əlavə, yeni qərara görə, 2 il ərzində dayandırılmış müavinət tam həcmdə şəhidin ailəsinə ödənilməlidir. 

 

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamları ilə Röyal Verdiyev "Hərbi xidmətlərə görə", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT