“ABŞ Azərbaycana qarşı hərəkətə keçib”

12:00 17-11-2023 | icon 382 | Siyasət
“ABŞ Azərbaycana qarşı hərəkətə keçib”

Məhəmməd Əsədullazadə: “Nəticədə Ermənistan növbəti məğlubiyyətlə üzləşəcək”

 

ABŞ Ermənistana təzyiq edərək Azərbaycanla sülh müqaviləsinin bağlanması əvəzinə 90-cı illərdə tətbiq etdiyi yanlış siyasəti yenidən reallaşıldırır. Halbuki, Azərbaycan öz ərazilərini işğaldan azad etməsəydi, Ermənistan Rusiyanın təsirində olaraq Vaşinqtonun region siyasətində irəliləyiş olmayacaqdı. ABŞ Azərbaycanla əməkdaşlığa önəm verəcəkdi.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında MCP sədrinin müavini, siyasi ekpert Məhəmməd Əsədullazadə bildirib.

 

Ekspert hesab edir ki, ABŞ Konfransının Xarici Əlaqələr komitəsində ilk nəzərə çarpan qərəzli yanaşma məhz "Dağlıq Qarabağ" ifadəsinin səslənməsi və onun gələcəyi ilə bağlı dinləmələrin keçirilməsidir:

 

“Dövlət katibinin köməkçisi Ceyms Obrayn və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Avrasiya və Avropa Bürosunun rəhbərinin müavini Aleksandr Sokolovski çıxış edərək Azərbaycanı iddiham ediblər. Erməni lobbisinin təsiri ilə keçirilən bu dinləmələr, ABŞ Azərbaycan əlaqələrində ciddi problem yarada bilər. Dövlət katibinin köməkçisi Ceyms Obrayn ABŞ Azərbaycan arasında yüksək səviyyədə səfərlərin ləğv edildiyini və ölkəmizə qarşı 907-ci düzəlişin tətbiq ediləcəyini vurğulayıb”.

 

M.Əsədullazadənin fikrincə, ABŞ Ermənistan vasitəsilə regionda Rusiyanı çıxarmaq və Azərbaycana qarşı hərəkət etməsi məhz öz geostrateji mövqeyinə zərbə vurur:

 

“Ermənistanın Azərbaycana qarşı başlatdığı siyasi və diplomatik müharibə fonunda ABŞ və Fransanın həyata keçirdiyi siyasətə qarşı Azərbaycan addımlar atmalıdır. Vaşinqtonla diplomatik təmasları artırmalı və ölkəmizə yönələn siyasi təzyiqləri neytrallaşdırmalidir. Ermənistan beynəlxalq müstəvidə əlverişli gündəm yaradıb, Azərbaycana qarşı hərbi hücumlar reallaşdıra bilər".

 

M.Əsədullazadə qeyd edib ki, Vaşinqton İranla Azərbaycan arasında Zəngəzur dəhlizi ilə bağlı memarandumu da hədəf alıb. Azərbaycanı İran və Rusiya ilə birgə hərəkət etdiyi üçün qınayıb. Halbuki, son illərə kimi Ermənistan, Rusiya və İranla birgə Azərbaycana qarşı siyasət aparıb, işğal siyasətini davam etdirib. Bu da ABŞ regional siyasətinə zərbə vururdu:

 

“Vaşinqton Türkiyə və Azərbaycan tandemini hədəf alaraq Ermənistan vasitəsilə regionda gərginlik yaratmağı planlaşdırır. ABŞ strateji səhvə yol verir və regionda izlədiyi siyasət erməni revanşizminə yağ sürtür. Nəticədə Ermənistan növbəti məğlubiyyətlə üzləşəcək”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

DƏHŞƏT! Əlillik dərəcəsi ilə bağlı ŞİKAYƏTLƏR

Həmkarlar Konfederasiyası nəyi harda, nə vaxt edəcəyini bilmir

Uşaqları udan bu KABUS həkimdən QORXUR

“Növbədənkənar prezident seçkiləri gözlənilən qərar idi”

Əfsanəvi çempionun ustad dərsi keçirilib

Daha bir məktəbdə qızılca aşkarlandı

İrəvanı tərk edən və ölümlə hədələnən sonuncu Qərbi Azərbaycan türkü

“Qəbələ” son çempiona qarşı

Əlil olan şəxslərin sosial ödənişlərində fərq olmayacaq

Elm və Təhsil Nazirliyində DƏYİŞİKLİK

Ananın yaşayışı görənləri ŞOKA SALDI

Bu ilin ən yaxşı 10 FİLMİ

30 dəqiqə gəzmək ömrü bu qədər artırır

Hafiz Hacıyev 5-ci dəfə prezidentliyə namizəd olacaq

Bu şəxslər 7 min manat CƏRİMƏLƏNƏCƏK