Bakıda Rəqəmsal İmkanlar Mərkəzi yaradılacaq

11:58 30-11-2023 | icon 520 | İqtisadiyyat
Bakıda Rəqəmsal İmkanlar Mərkəzi yaradılacaq

“İqtisadiyyat Nazirliyi olaraq qarşıdakı bir neçə il ərzində bir sıra real addımlar atmağı planlaşdırırıq. Gələn il biz Bakıda Rəqəmsal İmkanlar Mərkəzinin yaradılmasını və fəaliyyətə başlamasını planlaşdırırıq”.

 

Versus.Az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev Bakıda keçirilən “InMerge” İnnovasiya Sammitində bildirib.

 

Onun sözlərinə görə, bu mərkəz yerli şirkətlərə məhsuldarlıq və rəqabət qabiliyyətini artırmaq üçün innovasiyalara və prosesləri rəqəmsallaşdırmağa kömək edəcək:

 

“Eyni zamanda, novatorlarımız bu mərkəzdə öz rəqəmsal yeniliklərini nümayiş etdirə biləcəklər. Biz, həmçinin, bütün rəqəmsallaşdırma və innovasiya prosesində şirkətlərimizə kömək edəcək inteqrasiya olunmuş dəstək proqramını işə salmağı planlaşdırırıq. İnnovasiyanı bir proses kimi gördüyümüz üçün konsepsiyadan inkişafa və inkişafdan tətbiqə qədər bütün prosesdə sahibkarlarımızın və yenilikçilərimizin yanında olacağıq.

 

Bundan əlavə, biz cəmiyyətə və hökumətə fayda gətirəcək yeniliklər gətirəcək şəhərlərin rəqəmsal əkizi (city digital twins) kimi yeni texnologiyaları yaxından izləyirik.

 

Ölkəmizin tərəqqisində ixtisaslı rəqəmsal işçi qüvvəsinin əsas rolunu dərk edərək, digər nazirliklər və hökumət orqanları ilə sıx əməkdaşlığa başladıq. Kollektiv səyimiz rəqabətədavamlı insan kapitalı və müasir innovasiya məkanı kimi milli prioritetimizlə uyğunlaşaraq, ölkəmizdə rəqəmsal istedadların yetişdirilməsinə və genişləndirilməsinə yönəlib”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

"Almaniyaya səfər məhsuldar keçdi"

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ