“Akademik Ziya Bünyadov-100” - KATALOQUN TƏQDİMATI

20:38 22-12-2023 | icon 545 | Cəmiyyət
“Akademik Ziya Bünyadov-100” - KATALOQUN TƏQDİMATI

Bu gün Milli Azərbaycan Tarixi Muzeyində “Akademik Ziya Bünyadov-100” kataloqunun təqdimat mərasimi keçirilib.

 

Versus.Az xəbər verir ki, tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, AMEA-nın Akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş direktoru Gövhər Baxışəliyeva, muzeyin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent Fərhad Cabbarov, professor Şahin Fərzəliyev, professor Solmaz Rüstəmova Tohidi, professor Hidayət Cəfərov, Özbəkistandan qonaqlar- professor Həmidulla Boltaboyev, professor Qulnaz Xalliyeva və ailə üzvləri - Zenfira Qurbanova, nəvəsi İsa Bünyadov, ictimaiyyət, KİV nümayəndələri və muzeyin əməkdaşları iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə muzeyin direktoru, akademik Nailə Vəlixanlı açaraq, qonaqları salamlayıb və tədbirin əhəmiyyətini qeyd edərək, akademik Ziya Bünyadovun əvəzolunmaz yaradıcılıq fəaliyyəti barədə ətraflı məlumat verib:

 

"Görkəmli alimin 100 illiyi münasibətilə hazırlanan kataloq onun Milli Azərbaycan Tarixi Muzeyində toplanan materialları əsasında tərtib olunub. Kataloqa alimin fotoşəkilləri, sənədləri, əlyazmaları, şəxsi əşyaları və sair daxil edilib”.

 

Kataloqun tərtibçisi Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Fərhad Cabbarov çıxışında Ziya Bünyadovun əşyalarının muzeyə ilk dəfə 1968-ci ildə, yəni özünün sağlığında daxil olduğunu deyib:

 

"Həmin dövrdə muzey kolleksiyasının zənginləşdirilməsi məqsədilə tarix elmləri doktoru, professor Ziya Bünyadovdan toplanılan üç material olub. General-polkovnik N.Berzarinin Sovet İttifaqı Qəhrəmanı, kapitan Ziya Bünyadova “Lenin” ordeni və “Qızıl Ulduz” medalını təqdim etdiyini əks etdirən fotoşəkil, Ali Baş Komandan, Sovet İttifaqının Marşalı İosif Stalinin Almaniyanın paytaxtı Berlin şəhərinin alınmasına görə kapitan Ziya Bünyadova və onun döyüşdüyü bütün hərbi birləşməyə təşəkkür elan edilməsini bildirən sənəd və Ziya Bünyadovun müharibə vaxtı istifadə etdiyi planşet görkəmli şəxsiyyətin muzeydə qorunan kolleksiyasının ilk eksponatlarıdır. Növbəti illərdə – artıq Ziya Bünyadovun ölümündən sonra ona mənsub əşyalar ailəsi tərəfindən muzeyə hədiyyə olunmuşdur”.

 

Təqdimat mərasimində çıxış edənlər Ziya Bünyadovun Azərbaycan tarix və şərqşünaslıq elminə verdiyi töhfələrdən, ictimai-siyasi fəaliyyətindən, onun zəngin irsindən danışaraq, Milli Azərbaycan Tarixi Muzeyinin nəşr etdirdiyi kataloqu alimin 100 illiyinə dəyərli hədiyyə kimi qiymətləndirdilər.

 

Tədbirin sonunda qonaqlara sözügedən kataloq hədiyyə olundu və qonaqlar görkəmli şərqşünas-alim, akademik Ziya Bünyadovun Milli Azərbaycan Tarixi Muzeyində qorunan kolleksiyası ilə yaxından tanış olublar.

 

 

Ayəndə Dadaşova
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...