“Ulu Öndərin işığında” kitabı artıq Respublika Gənclər Kitabxanasında da var
Dekabrın 22-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında məktəbli şair-publisist, AJB üzvü Sevindik Nəsiboğlunun Ulu Öndərimiz Heydər Əliyevin 100 illik yubileyinə və “Heydər Əliyev ili”nə həsr etdiyi, sayca 7-ci kitabı olan “Ulu Öndərin işığında” adlı kitabının təqdimatı keçirildi.
Versus.Az xəbər verir ki, tədbirə başlamazdan əvvəl Ulu Öndərimizin və Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Təqdimatın aparıcısı “Kredo” qəzetinin baş redaktoru, şair-publisist Əli Rza Xələfli idi. Tədbirdə bir çox ziyalılar, elm və incəsənət xadimləri, ədəbiyyatçılar, pedaqoqlar və şagirdlər iştirak etdilər.
Tədbirdə Filologiya elmləri doktoru, professor Asif Rüstəmli, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının İnformasiya və media ilə iş şöbəsinin müdiri Günay xanım Həsənova, yazıçı-publisist, AJB üzvü, DAMM-nın Ekspertlər Şurasının sədri, "Yazarlar" jurnalının əməkdaşı Nəzakət xanım Eminqızı, “Carçı” jurnalının təsisçisi və baş redaktoru Gülnarə xanım Əmirquliyeva, hörmətli şairimiz Nazim Muğanlı, Xocavənd rayon Nərimanlı kənd tam orta məktəbinin tarix müəllimi, Şəhid Nobil Zeynalovun həyat yoldaşı Xuraman xanım Tahirova, “İstedadları Tanıyaq və Tanıdaq” İB-in rəhbəri Vüsalə xanım Qələndərli, “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac, “Günaz.az” saytının redaktoru, Cabir Novruz Mədəniyyət Mərkəzinin əməkdaşı Rəsmiyyə xanım Heybətağaqızı və başqaları çıxış etdilər.
Çıxışçılar Ulu Öndərimiz haqqında xatirələrini və ürək sözlərini söylədilər, gənc müəllifə uğurlar arzu etdilər.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisi üzvləri - Fatimə Hüseynova, Xəlil Babayev, Xocavənd rayon Nərimanlı kənd tam orta məktəbinin Uşaq Birliyinin rəhbəri Səbinə Salahova, məktəb kitabxanasının müdiri Xəyalə Şirinova və müəllifin sinif yoldaşları - Hüseynli Altay, Mamaliyev Nizam, Şirinova Məryəm iştirak etdilər.
Tədbir iştirakçılarına Sevindik Nəsiboğlunun sözlərinə yazılmış, gənc müğənni Allahverən Pərvizoğlunun ifa etdiyi “Ulu Öndərimiz” adlı klip və müəllifin fəaliyyətini əks etdirən slayd təqdim olundu. 9-cu sinif şagirdi, gənc qiraətçi Fatimə Feyziyeva müəllifin “Dəstur! Şuşada Bozqurd var!” və “Azərbaycanım” adlı şeirlərini söylədi.
Təqdimatda Sevindik Nəsiboğlu “İstedadları Tanıyaq və Tanıdaq” İB-in sədri Vüsalə xanım Qələndərli tərəfindən Mədəniyyət sahəsində səmərəli fəaliyyətinə və yaradıcılıq uğurlarına görə “İlin fəal gənci” Fəxri Diplomu ilə təltif edildi. Həmçinin gənc müəllif şair, publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac tərəfindən 2023-cü ilin yekunlarına əsasən “İlin gənc şairi” nominasiyası üzrə İldırım Əkbəroğlu adına diplomla təltif edildi.
Sevindik Nəsiboğlu çıxış edərək “Ulu Öndərin işığında” adlı kitabının təqdimatının yüksək səviyyədə təşkil olunmasına görə Mədəniyyət Nazirliyinin rəhbərliyinə, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının rəhbərliyinə, əməkdaşlarına, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri hörmətli Bahar xanım Muradovaya və tədbirdə iştirak edən bütün dəyərli insanlara dərin minnətdarlığını bildirdi. Həmçinin Ulu Öndərimizə həsr etdiyi “Ata, ruhun şad oldu!” adlı şeirini söylədi.
Sonda gənc yazar kitabının nüsxələrini imzalayaraq oxucularına təqdim etdi və tədbir iştirakçıları ilə xatirə fotoşəkli çəkdirdi.
Elvin Kamal
versus.az
Xəbər lenti
"Deputatlar bu barədə səhv fikirdədirlər"
"Özlərini göstərmək istəyirlər, amma gərək oyun çıxartmasınlar"