Dünyada düyü böhranı

13:34 28-12-2023 | icon 436 | İqtisadiyyat
Dünyada düyü böhranı

Azərbaycanda qiymət artacaqmı?

 

Dünyada düyünün qiyməti son 15 ilin ən yüksək səviyyəsinə qalxıb. Belə ki, Tailand ağ düyüsünün qiyməti artaraq bir ton üçün 659 dollara çatıb. Sonuncu dəfə belə göstərici isə 2008-ci ilin oktyabr ayında qeydə alınıb. Qiymət artımına səbəb olaraq havaların quraq keçməsi və əsas düyü tədarükçüsü olan Hindistanın ixracı məhdudlaşdırması göstərilir. 

 

Statistikaya görə, 2022-ci ildə ölkəmizə idxal olunan düyünün 74,8%-i Hindistanın, 11,5%-i Qazaxıstanın, 8,3%-i Rusiyanın, 2,4%-i Tailandın, 2,1%-i Pakistanın, 0,9%-i isə digər ölkələrin payına düşüb.

 

Qlobal bazarda 2022-ci ildə düyü ixracı 28,9 milyon ton və ya 23,3 milyard ABŞ dolları olub. Dünya üzrə ixrac olunan düyünün 80%-dən çoxu Hindistan, Tailand, Vyetnam, Pakistan, ABŞ, Çin, İtaliya, Myanma, Braziliya və Belçikanın payına düşüb. Düyü idxalı üzrə ilk beşlikdə isə Çin (10,9%), ABŞ (5,9%), Filippin (5,3%), Kot-d İvuar (3,4%) və İraq (3,1%) yer alıb.

 

Bəs bütün bu proseslər Azərbaycanda düyünün qiymətinə təsir edəcəkmi?

 

Məsələ ilə bağlı danışan Xalid Kərimli bildirib ki, Azərbaycanda da düyünün qiyməti dəyişəcək:

 

“Azərbaycanın düyü idxalında əhəmiyyətli yeri Hindistan tutur. Ölkəmizə düyü Rusiya, İran, Mərkəzi Asiyadan gətirilsə də, 70-80 faizi Hindistanın payına düşür. Dünya ölkələrinə düyü ixracının 40 faizini Hindistan təşkil edir. Bildiyiniz kimi, bu il Hindistan öz düyü bazarını qorumaq üçün ixracına 20 faiz məhdudiyyət tətbiq etdi. Bunun səbəbi iqlim dəyişikliyi idi. Bu da təbii ki, Azərbaycanda qiymətlərə öz təsirini göstərdi və qiymətlərin artmasına səbəb oldu. Bu prosesin davam edəcəyi proqnozlaşdırılır”.

 

Xatırladaq ki, 2021-2022-ci illərdə ölkəmizdə düyünün bir kiloqramının sahədən və ya topdansatış qiymətləri 1,87-2,83 manat arasında dəyişib.

 

Qeyd edək ki, 2022-ci ilin məlumatlarına əsasən, Azərbaycanda çəltiyin əkin sahəsi 3,1 min hektar olub. 2022-ci ildə çəltiyin əkin sahəsi 2015-ci ilə nisbətən 2,6 dəfə artıb, 2021-ci ilə nisbətən isə dəyişməz olaraq qalıb. 

 

2022-ci ildə çəltik istehsalı 2015-ci ilə nisbətən dörd dəfə, 2021-ci ilə nisbətən isə 8,4% artaraq, 11,6 min ton olub.

 

Ötən ildə çəltik istehsalının 24,4%-i Lənkəran, 19,7%-i Ağdaş, 19,1%-i Ucar, 12,2%-i Göyçay, 24,6%-i isə digər rayonlarının payına düşüb.

 

2022-ci ildə Göyçay rayonunda məhsuldarlıq göstəricisi ölkə üzrə orta göstəricidən yüksək olub.

 

Ötən ildə Azərbaycana düyü idxalı əvvəlki ilə nisbətən 7,4% artaraq 50,2 min ton olub. Ölkədən ixrac olunan düyü isə çox kiçik həcmdədir. Belə ki, hər il ölkədən orta hesabla 24,4 ton düyü ixrac edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

Məktəblərarası biologiya yarışması keçirilib

İqtisadi tarazlıq nə zaman pozulur?

Hüquqi şəxslərə dair yeni tələb müəyyənləşir

Ögey anadan ŞOK ƏMƏL

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA