Əvəz Temirxanın namizədliyinin irəli sürülməsi təsdiqləndi
“Azərbaycan prezidentliyinə namizədliyimin irəli sürülməsi Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiqlədi və mənə bildiriş verildi”.
Versus.Az xəbər verir ki, bunu müvəqqəti olaraq fəaliyyətini dayandırdığını elan etmiş Azərbaycan Leberal Partiyasının sədri, hüquqşünas Əvəz Temirxan bildirib.
O, seçkilərlə bağlı “Kapitalbank”da hesab açdığını da qeyd edib.
“Yəqin ki, bu gün imza vərəqələrini mənə verəcəkər”, - əlavə edib.
Əvəz Temirxan onu dəstəkləyənləri “Kapitalbank”da açdığı hesaba pul köçürməyə də çağırıb.
“Məni dəstəkləyən hər kəsi o seçki kampaıyamın maliyyələşməsi üçün bu hesaba cəmi 1 manat köçürməyi, imza verməyi təklif edirəm”, - o deyib.
Ə.Temirxan bildirib ki, seçkidən sonra pulların qalığı son qəpiyinədək yeni yaradılacaq “Azərbaycan” Fonduna köçürüləcək.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"