Fuad Əliyev lazım olan seçici imzasını TOPLADI
“Demək olar ki, imzatoplama kampaniyası yekunlaşıb”.
Versus.Az xəbər verir ki, bunu açıqlamasında namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev bildirib.
Onun sözlərinə görə dekabrın 21-də MSK-dan imza vərəqələrini alıblar və həmin gündən imza toplamağa start verilib:
“Seçki qərargahımın rəhbəri Xəzər Teyyublunun verdiyi məlumata görə, demək olar ki, imzatoplama kampaniyası yekunlaşıb. Qeydə alınmaq üçün lazım olan 40 min seçici imzasını toplayıb dəqiqliklə yoxladıqdan sonra imza vərəqələrini MSK-ya təqdim edəcəyik. İşçi qrupu bu işi həyata keçirir”.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"