UNEC ilə “Naxçıvan” universiteti əməkdaşlıq edəcək

10:12 17-01-2024 | icon 353 | Təhsil
UNEC ilə “Naxçıvan” universiteti əməkdaşlıq edəcək

UNEC ilə “Naxçıvan” Universiteti arasındakı əməkdaşlıq çərçivəsində növbəti tədbir keçirilib.

 

Versus.az xəbər verir ki, “Naxçıvan” Universitetinin rektoru dosenr Anar Kazımovun dəvəti ilə UNEC-in tədris üzrə prorektoru dos. Gəray Musayev, Beynəlxalq Əməkdaşlıq Departamentinin direktoru Nərmin İbrahimova, UNEC Ekstern mərkəzinin direktoru Zaur Əziz, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Ömərova, Kitabxana-İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayeva və UNEC Biznes Məktəbinin direktor müavini Dünya Mustafayeva “Naxçıvan” Universitetində işgüzar səfərdə olublar. 

 

Nümayəndə heyəti öncə universitetin maddi-texniki bazası, infrastrukturu, imtahan otaqları, tələbə yataqxanası və kitabxana ilə tanış olublar. Həmçinin STEAM komandası ilə görüşərək, tələbələrin bir-birindən maraqlı startap layihələrinin təqdimatını izləyiblər.

 

Sonra UNEC nümayəndələri universitetin rektoru, dos. Anar Kazımov və inzibati heyətlə görüşüblər. Görüşdə hər iki universitet arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində görülmüş işlər, həyata keçiriləcək tədbirlər, eləcə də gələcək perspektivlər müzakirə olunub.

 

İşgüzar səfər UNEC əməkdaşlarının “Naxçıvan” Universitetinin müvafiq strukturlarında təcrübə mübadiləsi ilə davam edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT