Türkmən xalqının parlaq dönüş nöqtəsi

17:35 20-01-2024 | icon 406 | Siyasət
Türkmən xalqının parlaq dönüş nöqtəsi

İraq Türkməneli Partiyası 30 yaşında

 

Bütün xalqların, millətlərin tarixində dönüm nöqtəsi olan xüsusi, əlamətdar günlər var. 1994-cü ilin 16 yanvarı Kərkük Türkmənelinin, Türkmən qardaşlarımızın taleyində mühüm yer tutacaq, parlaq bir səhifəyə çevriləcək İraq Türkməneli Partiyasının təməlinin qoyulduğu gündür.

 

Həm ölkə, həm də türkmənlər üçün çətin, xaos dolu dönəmdə partiya qurmaq cəsurluq, cəsarət tələb edirdi. Səddam rejiminin türkmənlərə qarşı törətdiyi qırğınlar, faciələr, qadağalar, hüquqlarının tapdandığ bir vaxtda bütün ömrünü İraq türklərinin mücadiləsinə həsr edən Riyaz Sarıkahyanın öndərliyi ilə Ərbildə Türkmənlərin siyasi tarixində mühüm dönüş nöqtəsi olan ilk qurultay keçirildi və İraq Türkməneli Partiyasının yarandığı elan edildi. Sivil müxalifət rolunu oynayan partiya Türkmən siyasi hərəkatının başlanğıcını qoydu. İslami, milli və bəşəri dəyərləri özündə birləşdirən partiya gələcək nəsillər üçün parlaq bir örnəyə çevrildi.

 

Ötən 30 il ərzində İraq Türkməneli Partiyası böyük bir yol keçdi, həm ölkənin, həm də Kərkük Türkmənelinin ictimai-siyasi həyatında mühüm rol oynayaraq, böyük uğurlara imza atdı.

 

Türkmən xalqının tarixinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərinə sadiq olan və bu istiqamətdə fədakarlıq nümayiş etdirən partiya İraqın demokratik inkişafını dəstəkləyir. Bu prinsiplərə sədaqətli olan digər siyasi partiyalarla əməkdaşlıq edir, işbirliyini davam etdirir.

 

Kərkük Türkməneli insanlarının, Türkmən qardaşlarımızın inandığı, güvəndiyi partiyanın
əsas məqsədlərindən biri də ölkə konstitusiyasında olduğu kimi, İraqda bütün xalqların bərabərhüquqlu yaşaması prinsipinin Türkmən xalqına da şamil edilməsidir. İraq Türkməneli Partiyası Kərkük Federasiya Bölgəsinin, eyni zamanda Təlafər və Tuzhurmatı vilayətlərinin yaradılmasını təklif edib.

 

Partiya lideri Riyaz Sarıkahya bütün çıxışlarında, müsahibələrində və bəyanatlarında ölkədə ayrı-seçkiliyə son qoyulmasının, ekstremizm, terrorla mübarizə aparılmasının, tolerant, sülh, qonşuluq şəraitində birgə yaşayışın vacibliyini vurğulayıb, təbii ehtiyatlardan, neft və qazdan ədalətli istifadəyə çağırış edib.

 

Partiyanın 30-cu ildönümündə bütün Türkmən Şəhidləri ehtiramla yad olunub, onların ruhlarına dualar oxunub, qəhrəmanlıqlarından söhbət açılıb. Qəhrəman Türkmən şəhidləri sırasında İraq Türkməneli Partiyasının baş katibi Məhəmməd Rəşid Tüzlu və milli davalarına inanan gənclər də olub.

 

Bu gün də partiyanın üzvləri arasında çox sayda türkmən gənclər var və onların sırası hər gün daha da artır.
"Versus.az" olaraq, fəaliyyətləri, mücadilələri ilə ilə parlaq tarix yazan Milli lidet Riyaz Sarıkahyanı və başqanı olduğu İraq Türkməneli Partiyasını təbrik edirik və uğurlar arzulayırıq.

 

Ağanisə Əliqaraqızı
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

Tanınmış yazar MHB-yə üzv oldu

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ