"Bu məsələ böyük narazılıq doğurur"

09:46 21-01-2024 | icon 503 | Siyasət
"Bu məsələ böyük narazılıq doğurur"

Fuad Əliyev: "5 ildən bir təhsil və tibb işçisinə işgəncə verilir"

 

“Müəllimlərin və həkimlərin maaşlarının artırılması ilə təhsil sistemində və tibbdə korrupsiyaya qarşı ünvanlı islahatların aparılması lazımdır”.

 

Versus.Az xəbər verir ki, bu sözləri açıqlamasında prezidentliyə namizəd Fuad Əliyev deyib.

 

Fuad Əliyev qeyd edib ki, həkim və müəllimlərin 5 ildən bir əlavə sertifikasiya imtahanları ləğv olunmalıdır:

 

“Buna ehtiyac yoxdur. Minlərlə təhsil və tibb işçisinə işgəncə verilir. Bu imtahanlar formal xarakter daşıyır. Üstəlik, imtahanlar insanların işlədiyi və yaşadığı yerə yaxın ərazidə təşkil olunmalıdır. Amma bölgələrdən təhsil və tibb işçiləri əlavə xərc çəkərək Bakıya gəlmək məcburiyyətində qalır”.

 

Prezidentliyə namizəd vurğulayıb ki, dövlət bu istiqamətdə real addımlar atmalıdır. Onun fikrincə, sertifikasiya imtahanları keyfiyyət artımına səbəb olmur:

 

“Çünki 58-60 yaşlı tibb işçisini yenidən yoxlamağa ehtiyac yoxdur, onun kifayət qədər təcrübəsi var. Bu məsələ böyük narazılıq doğurur”.

 

AYSEL
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...