“Nikosayağı” kimi tanınan bloqer danışdı

10:07 06-02-2024 | icon 408 | Hadisə
“Nikosayağı” kimi tanınan bloqer danışdı

“İçkini bir gün qabaq barda içmişdim”

 

“Nikosayağı” kimi tanınan bloqer Nicat Şakirlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktı elan edilib.

 

İttiham aktında göstərilib ki, hadisə ötən ilin avqustunda qeydə alınıb. Nicat Şakirli içkili vəziyyətdə idarə etdiyi “Porsche” markalı avtomobillə yük maşınına (TIR) çırpılıb. Qəza nəticəsində avtomobildə olan bloqerin dostu Ruslan Məmmədov vəfat edib.

 

Daha sonra söz təqsirləndirilən şəxs Nicat Şakirliyə verilib.

 

Nicat Şakirli ona edilən ittihamla özünü tam təqsirli bilib.

 

O bildirib ki, hadisədən qabaq mərhum Ruslan Məmmədovla avtomobili ilə şəhər gəzintisi edib:

 

“Hadisələri tam xatırlaya bilmirəm. Mən videoya baxandan sonra hər şey yadıma düşdü. Çay içib istirahət edirdik. Mənə qaranlıq qalan o məqam oldu ki, qəzanı törətməmişdən öncə içkili olmamışam. Mən içkini bir gün qabaq barda içmişdim. Hadisə zamanı vəfat edən Ruslan mənim əzizim idi. Kaş o yox, mən ölərdim. Onun ailəsindən dönə-dönə üzr istəyirəm”.

 

Məhkəmənin növbəti iclası fevralın 27-nə təyin edilib. /report/

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

İqtisadi tarazlıq nə zaman pozulur?

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM