Gənc yazarın yeni kitabları da artıq AMEA-da yer aldı

20:43 04-04-2024 | icon 259 | Cəmiyyət
Gənc yazarın yeni kitabları da artıq AMEA-da yer aldı

Sevindik Nəsiboğlu: “7 kitabım bu fondda oxucuların istifadəsinə verilib”

 

Gənc yazar Sevindik Nəsiboğlu yeni nəşr edilən kitablarını Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına təqdim edib.

 

Bununla bağlı Versus.Az-a açıqlama verən Sevindik Nəsiboğlu aprelin 3-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında qonaq olduğu zaman “Zəfəri nurlandıran Nurlan” və “Ulu Öndərin işığında” adlı kitablarından bir neçə nüsxəni Qarabağ müharibəsi qəhrəmanları fonduna hədiyyə etdiyini deyib.

 

Gənc yazar eyni zamanda gələcək işləri ilə bağlı fondun əməkdaşlarına məlumat verdiyini də vurğulayıb:

 

“Şəhidlərimizin qəhrəmanlıqlarından danışaraq, onların əziz xatirəsini bir daha yad etdim. AMEA-nın Mərkəzi Elmi Kitabxanasında xoş münasibətə görə Qarabağ Müharibəsi Qəhrəmanları Fondunun rəhbəri, şəhid polkovnik Babək Səmidlinin bacısı Röksanə xanım Səfərzadəyə və fondun əməkdaşlarına dərin təşəkkürümü bildirirəm”.

 

S.Nəsiboğlu onu da qeyd edib ki, müəllifi olduğu 7 kitab bu fondda oxucuların istifadəsinə verilib.

 

Bütün görüşlərindəki çıxışlarında “Vətənimlə və vətənimin biz gənclərə dəyər verən ziyalıları ilə fəxr edirəm” deyən gənc yazarımız Sevindik Nəsiboğluna Versus.Az İnformasiya Agentliyi olaraq uğurlar arzu edirik.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

Tanınmış yazar MHB-yə üzv oldu

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ