"Brüssel görüşü regiona sülh gətirilməsinə qarşıdır"

19:59 05-04-2024 | icon 180 | Siyasət
"Brüssel görüşü regiona sülh gətirilməsinə qarşıdır"

Elman Nəsirov: “Bu görüş regionda ciddi problemlərin yaradılmasına şərait yaradır”

 

"Bu gün Brüsseldə ABŞ, Avropa İttifaqı, Ermənistanın üçtərəfli formata keçirilən görüşü regionda gedən geosiyasi proseslərə ciddi təsir göstərəcək".

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Elman Nəsirov Brüsseldə keçirilən üçlü görüşə diqqət çəkərkən bildirib.

 

Deputat görüşdən əvvəl Avropa İttifaqının, eləcə də ABŞ dövlət katibinin Azərbaycan Prezidentinə zəng edərək izahat verməsini, ölkəmizin, ölkə başçısının bölgədəki güclü mövqeyi və nüfuzu kimi qiymətləndirib. Eyni zamanda Prezidentin məsələ ilə bağlı sərgilədiyi qəti mövqeyə istinad edərək bildirib ki, görüşdə Ermənistanda demokratiya, islahatların müzakirə ediləcəyi qeyd edilsə də, məqsəd gərginliyin yaradılmasına xidmət edir.

 

Deputat hesab edir ki, Ermənisana hərbi dəstəyin verilməsi, hərbi təlimlərin kçirilməsi, Ermənistanla Azərbaycanın şərti sərhəddində hərbi infrastrukturun qurulması ilə əvvəldən də müşahidə olunan hallar regiona sülh gətirilməsinə qarşıdır, ciddi problemlərin yaradılmasına şərait yaradır:

 

“Düşünürəm ki, Brüssel görüşündə bütün bunlar nəzərə alınacaq və Azərbaycanın əleyihinə qərar qəbul olunmayacaq”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Faiq Ağayevə SƏRT QADAĞA

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM