MDU rektoru Dubayda Ali Təhsil Liderlik Forumunda iştirak edib

18:00 16-04-2024 | icon 286 | Təhsil
MDU rektoru Dubayda Ali Təhsil Liderlik Forumunda iştirak edib

Şahin Bayramov: "Forum əhəmiyyətli platformaya çevrilib"

 

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Dubay şəhərində 6-cı MENA Ali Təhsil Liderlik Forumu (The 6th MENA Higher Education Leadership Forum) öz işinə başlayıb.

 

Versus.Az xəbər verir ki, 2013-cü ildən etibarən iki ildən bir keçirilən MENA Ali Təhsil Liderlik Forumu ali təhsil liderlərini və qərar qəbul edənləri bir araya gətirən aparıcı qlobal platformalardan biri hesab olunur. “Məşğul universitetlərin yeni nəslinə doğru: hərəkətə keçmək, uyğunlaşmaq və transformasiya etmək zərurəti” mövzusunda təşkil edilən forumunda Mingəçevir Dövlət Universitetini rektoru Şahin Bayramov iştirak edib.

 

Dünyanın bir sıra universitet rektorlarının iştirak etdiyi seminarda Davamlılığın strateji planlaşdırmaya inteqrasiyasına dair praktiki anlayışlar; Universitet şöbələri arasında əməkdaşlığın təşviqi üçün strategiyalar; Sənaye tərəfdaşları ilə effektiv ünsiyyət və danışıqlar üçün alətlər; Ali təhsildə davamlılığın uğurlu tətbiqi nümunələri mövzusunda çıxışlar xüsusi maraqla qarşılanıb.

 

Qeyd edək ki, 6-cı MENA Ali Təhsil Liderlik Forumu (The 6th MENA Higher Education Leadership Forum) maraqlı, faydalı və məhsuldar keçib.

Rektor Şahin Bayramov sosial media hesabında forumun əhəmiyyətli platformaya çevrildiyini qeyd edib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bu xəstəliklər təmas yolu ilə ötürülür

Bu gün güclü maqnit qasırğası GÖZLƏNİLİR

İşsizlərin NƏZƏRİNƏ

Bu gün Şuşa, Xankəndi və Xocalıda da məktəblər AÇILIR

Baş nazir qərar İMZALADI

Rusiya XİN-ə NOTA VERİLDİ

İlk dərs günündə BIÇAQLANMA

Üzə əncir çəkin, görün nə olacaq

Balığın köhnə olduğunu belə bilmək olar...

Bu günün PROQNOZU

Çəkisi nə 200, nə də 500-dür

Türkiyədə fabrikdə PARTLAYIŞ

Nuri belə sevindirdi

Bu gündən Azərbaycanda yeni dərs ili başlayır

46 məntəqənin nəticələri ETİBARSIZ SAYILDI