Dünyanın gözü qarşısında yaşanan TARİXİ HADİSƏ

14:23 14-05-2024 | icon 191 | Siyasət
Dünyanın gözü qarşısında yaşanan TARİXİ HADİSƏ

Könül İsmayılova: “Şuşalılar Şuşada Şuşa ilə birlikdə yenidən doğuldular”

 

“32 ildən sonra dünyanın gözü qarşısında yaşanan tarixi hadisə... 32 ildən sonra doğma yurda qayıdış... Sonsuz görünən həsrətin şirin vüsalı... Bu gün şuşalılar Şuşada Şuşa ilə birlikdə yenidən doğuldular. Bu qayıdışın həsrəti ilə dünyadan köçənlərimizə rəhmət diləyirəm. Təsəllimiz budur ki, onların övladları bu torpaqlarda daim onları anacaqlar, ruhlarını şad edəcəklər...”

 

Versus.Az xəbər verir ki, bunu Prezident İlham Əliyevin Şuşada şəhərə köçmüş ilk sakinlərlə görüşü ilə bağlı açıqlamasında Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova bildirib.

 

K.İsmayılova qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev Şuşaya qayıdan sakinlərlə doğma yurdlarında görüşdü, onları salamladı, doğma vətəndə firavan həyat arzuladı. Bu görüşdə Şuşanın və o vaxt işğal altında olan digər torpaqların azadlığı uğrunda canından, sağlamlığından keçən gəcliyimizdən qürur hissi ilə danışıldı, Şəhidlərin ruhu yad edildi:

 

“Təsadüfi deyil ki, bu gün bütün dünyada Azərbaycan oğullarının qəhrəmanlığı, fədakarlığı haqqında danışır və Azərbaycan xalqına hörmət edirlər. Azərbaycan öz haqqını danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdi... Azad edilmiş digər şəhər və kəndlərimiz kimi bu gün Şuşada da genişmiqyaslı quruculuq işləri gedir. Ulu Öndərin doğum günündə üçüncü yaşayış kompleksinin təməli qoyuldu. Bütün evlər Şuşanın ənənəvi üslubunda inşa edilir. Bir sözlə, Şuşanın dirçəldilməsi geniş vüsət alıb. Şuşa bütün azərbaycanlıların qürur mənbəyi, Mədəniyyət paytaxtımızdır. Şuşa həm də türk dünyası, ümumiyyətlə islam dünyası üçün əziz şəhər, mədəniyyət ocağıdır”.

 

K.İsmayılova vurğuladı ki, mənfur ermənilər Şuşanı nə qədər erməniləşdirməyə çalışsalar da, buna nail ola bilməyiblər:

 

“Bu da bir daha onu göstərir ki, Şuşa əzəldən Azərbaycan şəhəri olub, işğal dövründə də öz azərbaycançılıq simasını qoruyub saxlayıb. Ümumiyyətlə, əgər ermənilər işğal etdikləri ərazilərimizi öz əraziləri saysaydılar, xarabalığa çevirməzdilər. Bu gün bu torpaqların əsl sahibləri geri qayıdıblar və bu torpaqlarda əbədi yaşayacaqlar”.

 

PƏRİ
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Rusiyada helikopter QƏZASI

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK