"Azərbaycan addım-addım Ermənistanla sülhə yaxınlaşır"

14:31 14-05-2024 | icon 190 | Siyasət
"Azərbaycan addım-addım Ermənistanla sülhə yaxınlaşır"

Şair Ramaldanov: “Paşinyan qumarbazalar kimi manipulyasiyalar etməyə vərdiş edib”

 

Rusiya sərhədçiləri Ermənistanın Azərbaycanla sərhəd bölgələrindən çıxır. Bu barədə razılaşma mayın 9-da Moskvada Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə əldə edilib. Rusiya hərbçiləri 44 günlük müharibədən sonra şifahi razılaşma əsasında yerləşdikləri Syunik, Vayots Dzor, Geqarkunik, Ararat və Tavuşdakı məntəqələri tərk etməlidirlər. Bu razılaşma bölgəyə, eləcə də Rusiya-Ermənisan münasibətlərinə nə vəd edir?

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə açıqlama verən hərbi ekspert Şair Ramaldanov hesab edir ki, bu, regionda cərəyan edən proseslərin məntiqi nəticəsidir.

 

Onun fikrincə, burada qeyri-adi hadisə baş verməyib və məlum qərarlar gözlənilən idi:

 

“Azərbaycan 44 günlük müharibədə ərazi bütövlüyünü bərpa edəndən sonra erməni hakimiyyəti tərəfindən edilən müraciətlər əsasında Rusiya öz hərbçilərini sərhəddə yerləşdirmişdi. Artıq bu gün Azərbaycan-Ermənistan arasında gedən danışıqlar və bəzi məsələlərdə əldə edilən razılaşma göstərir ki, delimitasiya-demorkasiya prosesi özünün nəticələrini verir. Şərti sərhəddə gərginlik azalıb və delimitasiya üzrə komissiyaların işini nəzərə alsaq Rusiya üçün sərhədçilərinin bölgədə qalması maraqlı deyil. Üstəlik, Azərbaycan tərəfdən Ermənistana qarşı heç bir təhlükə yoxdur. Ona görə də rus hərbçilərinin İran-Ermənistan istiqamətində nəzərdə tutlan ərazilərdə qəbul edilməsi məntiqlidir. Azərbaycanla Ermənistan arasında gedən danışıqlar, o cümlədən Astanada xarici işlər nazirlərinin işini nəticəsiz hesab etmək olmaz. Bütün bunlar onu göstərir ki, sülh müqaviləsinin bağlanması yaxşınlaşır, regionda təhlükəsiz tədbirləri daha etibarlı olacaq”.

 

Ş.Ramaldanov bildirib ki, Paşinyanın üzünü Qərbə tutmasını, son 5 aprel Brüssel görüşlərini nəzərdə alsaq bunun Rusiya-Ermənistan münasibətlərinin getdikcə soyumasına apardığını söyləmək olar:

 

“Ancaq Paşinyan qumarbazlar kimi manipulyasiyalar etməyə vərdiş edib. Paşinyan Rusiya ilə Qərb arasında manipulyasiyalar aparıb hər iki tərəfdən yardımlar almaq istəyir. Çünki Paşinyanın Moskva görüşündən sonra çox şey gözlənilirdi. Görünür, pərdə arxasında hansısa razılıq əldə edildiyi üçün Rusiyanın Ermənistana qarşı təzyiq rıçaqlarını görmürük. Məhz buna görə də Rusiya-Ermənistan arasındakı münasibətlərdə elə bir dəyişiklik yoxdur. Rusiya hərbçiləri Ermənistanda 102-ci bazada xidmətini davam edir, Ermənistanın KTMT-dən çıxması ilə bağlı təklif yoxdur və Evroazis təşkilatının üzvüdür. Yəni Ermənistan-Rusiya əlaqələri davam edir. Bununla yanaşı Paşinyan özünü Qərbə doğru addım atacaq bir rəhbər kimi göstərərək müəyyən dvidentlər qazanmaq istəyir. Bu, Paşinyanın apardığı ikili siyasətdir. Azərbaycan isə beynəlxalq hüquq normaları çərçivəsində addım-addım Ermənistanla sülhə yaxınlaşır. Orta logistik xəttin təhlükəsizlik zəmanti üçün Rusiya-Ermənistan münasibətlərinin normal olması Azərbaycanın marağındadır”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Rusiyada helikopter QƏZASI

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK