İslam dünyası üçün əziz şəhər, mədəniyyət ocağı...

14:46 14-05-2024 | icon 190 | Siyasət
İslam dünyası üçün əziz şəhər, mədəniyyət ocağı...

Kamilə Əliyeva: "Heç bir dövlət və ya qüvvə Azərbaycanın qarşısında dayana bilməz"

 

"Şuşa bütün azərbaycanlıların qürur mənbəyi, Mədəniyyət paytaxtımızdır. Şuşa həm də türk dünyası, ümumiyyətlə islam dünyası üçün əziz şəhər, mədəniyyət ocağıdır".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı, professor Kamilə Əliyeva bildirib.

 

Prezident İlham Əliyevin may ayının 10-da ulu öndər Heydər Əliyevin 101-ci doğum günündə şuşalılarla yanaşı bütün xalqımıza tarixi bir gün yaşatdığını qeyd edən Kamilə Əliyeva vurğulayıb ki, 32 ildən sonra şuşalılar öz doğma yurd yerinə - Şuşa şəhərinə dönüblər:

 

"Prezident cənab İlham Əliyev Şuşa şəhərinə köçmüş ilk sakinlərlə görüşdü və Şuşanın azad edilməsində Azərbaycanın əsgər və zabitlərinin göstərdiyi igidlikdən, 32 il əvvəl Şuşanın işğal səbəbi barədə çıxış etdi.
Şuşanın işğaldan azad edilməsi xalqımızın ləyaqətinin özünə qaytarılması və müharibədə Zəfərimizin təntənəsi idi. Şuşanı işğaldan azad edən igid əsgərlərimiz dünya hərb tarixinə yazılan böyük igidlik göstərmişdilər. Ümumiyyətlə Azərbaycan Ordusu Qarabağ və Şərqi Zəngəzurun azad edilməsində şücaət göstərdilər, düşmən azərbaycanlıların sarsılmaz ruhunu, əzəmətini gördü. Bu gün artıq Şuşa şəhəri öz əvvəlki tarixi görkəmini saxlamaqla ən müasir formada yenidən qurulur. Yeni yaşayış kompleksləri inşa edilir, infrastruktur yenidən qurulur, ermənilərin dağıtdıqları, təhqir etdikləri məscidlərimizin bir hissəsi öz əvvəlki görünüşlərini saxlamaqla yenidən inşa edilmiş, qalan məscidlərimiz də təmir etdirilir. Buraya qayıdan sakinlərin məşğulluq məsələsi də öz həllini tapır. Qarabağ və Şərqi Zəngəzur dünyanın ən gözəl məkanına şevrilir. Bu, Azərbaycanın iqtisadi cəhətdən güclü dövlət olmasının nümunəsidir".

 

Deputat vurğulayıb ki, Azərbaycan bu inkişaf, tərəqqi yoluna Heydər Əliyev hakimiyyətə gəldikdən sonra qədəm qoyub:

 

"Həmin vaxta qədər ölkəmizdə xaos, özbaşınalıq hökm sürürdü. Hakimiyyətə gəlmək üçün AXC - Musavat cütlüyünün satqınlığı Şuşanın işğalına səbəb olmuşdur. Alınmaz qala olan Şuşa yiyəsiz qalmışdır. O vaxt hakimiyyətdə olanların qorxaqlığı da Şuşanın ermənilərə təhvil verilməsinin səbəblərindən idi. Şuşanın işğalı nəticəsində hakimiyyətə gələnlər bugünkü gələbəmizə də sevinmirlər. Onların düşüncələri Ermənistandakı revanşist qüvvələrlə eynidir. Ulu öndər Heydər Əliyev xalqın haqlı tələbi ilə hakimiyyətə gəldikdən sonra ordunu bir komandanlıq altında birləşdirdi. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Füzuli rayonunda keçirilən hərbi əməliyyatlar nəticəsində bir neçə yaşayış məntəqəmiz işğaldan azad edildi. Ulu öndər Heydər Əliyevin müdrik, uzaqgörən, qətiyyətli siyasəti nəticəsində 1994-cü ildə Ermənistan atəşkəsə məcbur edildi və Azərbaycan siyasi, iqtisadi, hərbi cəhətdən güclənməyə başladı. Prezident cənab İlham Əliyev çıxışında Ermənistandakı revanşist qüvvələrə və onlara havadarlıq edən ölkələrə xəbərdarlıq etdi. Bu gün Fransa da, ABŞ da bilməlidilər ki, bölgədə Azərbaycan ən güclü və güdrətli bir dövlətdir və Azərbaycanın iradəsindən kənar heç bir məsələ həll oluna bilməz. Ermənistanı silahlandıran Fransa başa düşməlidir ki, Azərbaycana qarşı yönəldiləcək istənilən hərbi təxribatın qarşısı qəti və sərt şəkildə alınacaq. Heç bir dövlət və ya qüvvə Azərbaycanın qarşısında dayana bilməz".

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Rusiyada helikopter QƏZASI

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK