Ermənistan müharibə etmək eşqinə düşəcəksə…

10:04 16-05-2024 | icon 217 | Siyasət
Ermənistan müharibə etmək eşqinə düşəcəksə…

Əli Mustafa: “Azərbaycanın tarixi torpaqlarını da qaytarmaq şansı yaranacaq”

 

“Erməni kilsəsi hər zaman siyasətdə olub və bu gün sadəcə öz fəallığını artırıb. Erməni kilsəsi fitnə-fəsad yuvasıdır. Kilsənin arxasında Rusiya, ABŞ, Fransa, Kanada, eləcə də xaricdə olan geclü diasporalar dayana bilər”.

 

Versus.Az xəbər verir ki, bunu erməni kilsəsinin siyasi oyunları ilə bağlı açıqlamasında siyasi şərhçi Əli Mustafa bildirib.

 

Ə.Mustava hesab edir ki, kilsəyə sülh lazım deyil. Belə ki kilsə və onun arxasında olan qüvvələr hər zaman türk-erməni qarşıdurmasından qidalanıblar:

 

“Onlar 100 illərdir bu düşmənçilik üzərində işləyir, qazanırlar. Onlar üçün Ermənistan dövlətinin gələcəyi də maraqlı deyil. Paşinyan isə anlayır ki, bu gün sülh danışıqlarına getməsə dövlət üçün xoşagəlməz nəticələr ola bilər. Ona görə də hazırki mövqeyini sərgiləməyə məcburudr. Bu da nə diasporaya, nə Qərbə, nə də kilsəyə sərf eləmir. Çünki nə qədər münaqişə olacaqsa, erməni dövətinin onlara ehtiyacı olacaq və regionda olacaqlar”.

 

Ə.Mustafa hesab edir ki, Paşinyan hökuməti duruş gətirəcəksə, bu hadisələrin sülhə maneəçiliyi olmayacaq:

 

“Əgər Paşinyan devrilərsə, sülh prosesi sıfırlana bilər və bölgədə yenidən müharibə yaranar. Ermənistan müharibə etmək eşqinə düşəcəksə, Azərbaycanın tarixi torpaqları qaytarmaq şansı yaranacaq. Ermənistan bunu anlamalıdır”.

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Rusiyada helikopter QƏZASI

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK