Olimpiya oyunlarının Fransada keçirilməsi nəyə hesablanıb?

13:03 17-05-2024 | icon 247 | Siyasət
Olimpiya oyunlarının Fransada keçirilməsi nəyə hesablanıb?

Vüqar Dadaşov: “Bu, Fransanın özünə qarşı bir təzyiq vasitəsi kimi istifadə oluna bilər”

 

“Fransanın Kaledoniyada yaşadıqları, onun xarici və daxili siyasətində buraxdığı kobud səhvlərinin məntiqi nəticəsidir. Kaledoniyadakı yerli əhalinin müstəqillik istəklərini boğmaq üçün Fransa bütün mümkün vasitə və zorakılıqdan istifadə edir”.

 

Versus.Az xəbər verir ki, bunu siyasi şərhçi Vüqar Dadaşov Fransanın Yeni Kaloniyada apardığı imperialist siyasət və bunun fəsadları ilə bağlı açıqlamasında bildirib.

 

V.Dadaşov qeyd edib ki, Fransa Yeni Kaloniyada konstitusiya dəyişilik etməklə yerli əhalinin etnik tərkibini dəyişmək niyyətini güdür. Onun fikrincə, bu əməl əslində də, beynəlxalq hüquqa görə soyqırım cinayətinin tərkib elementlərindəndir:

 

“Dəyişiliklərə qarşı çıxan yeri xalqa qarşı Fransanın məhdudiyyətlərin, zorakılığın tətbi, həbslərin həyata keçirilməsi ilə Fransa öz kolonial, imperiya mahiyyətini növbəti dəfə də təsdiqləyir”.

 

Ekspert hesab edir ki, Bakı Təşəbbüs Qrupunun Fransanın Kaledoniyadakı antiinsanı davranış və zorakılığalna qarşı bəyanatı, Fransanın Avropa dəyərləri ilə manipulyasiya və riyakarlığının sübutu kimi, həm də Fransanın Kaledoniyadakı cinayətlərin qarşısını almaq üçün əhəmiyyətlidir:

 

“Kaledoniyada baş verən proseslərin Azərbaycanla əlaqəsi danılmazdı. Fransanın Azərbaycana qarşı istifadə etdiyi separatçılıq silahının Fransanın elə özünə qarşı yönləndirilməsi, çevrilməsi, Azərbaycan dövlətinin əsl gücünün, qüdrətinin, siyasi bacarığının göstəricidir. Fransa növbəti dəfə Azərbaycan qarşıdurmasında siyasi nokauta düşür”.

 

V.Dadaşov bildirib ki, Fransanın Kaledoniyadakı yerli əhalinin etnik tərkibini hüquqi dəyişmək cəhdi, yerli əhaliə qarşı, zorakarlığın tətbiqi, bu olkənin BMT TŞ-nın beş daimi üzvlərindən biri kimi bu imtiyazların dünya xalqlarının təhlükəsizliyi üçün təhdidə, təhlükəyə və bir vasitəyə çevirib:


“2024 cü il Olimpiya oyunlarının Fransada keçirilməsi, Fransanın özünə qarşı bir təzyiq vasitəsi kimi istifadə oluna bilər. Hərçənd ki, oyunların Fransadan kənarda keçirilməsi mümkün deyildir”.

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Rusiyada helikopter QƏZASI

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK