Ardıcıl 3 gün iş olmayacaq?

17:28 22-05-2024 | icon 333 | Sosial
Ardıcıl 3 gün iş olmayacaq?

Xəbər verdiyimiz kimi, 25-26 may şənbə-bazar, 28 may isə Müstəqillik Günü ilə bağlı qeyri-iş günüdür.

 

Versus.Az xəbər verir ki, “Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli Qanununun 7-ci bəndində deyilir: “Bayram və həftələrarası istirahət günləri biri digərindən əvvəl və ya sonra gələrsə, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə bu iş və ya istirahət günlərinin yeri dəyişdirilə bilər”.

 

Bu qanuna müvafiq olaraq Nazirlər Kabinetinin 27 may iş günü ilə 25 may qeyri-iş gününün yerini dəyişəcəyi və 26-28 may tarixlərində ardıcıl 3 gün qeyri-iş günü elan ediləcəyi ehtimalı artıq bir müddətdir ki, mediada səsləndirilir.

 

Adətən Nazirlər Kabineti bu qərarını bir neçə gün öncədən elan edir.

 

Nazirlər Kabinetindən saytımızın sorğusuna cavab olaraq bildirilib ki, artıq həftənin 3-cü günü olmasına baxmayaraq, bununla bağlı hələlik heç bir qərar qəbul olunmayıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Rusiyada helikopter QƏZASI

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK