İrəvan strateji kəndi Azərbaycana qaytarır?

11:29 23-05-2024 | icon 329 | Gündəm
İrəvan strateji kəndi Azərbaycana qaytarır?

“Demarkasiya prosesinin növbəti mərhələsində Tiqranaşen (Kərki -red.) kəndinin sakinlərinə buranın boşaldılmalı olduğu və Azərbaycana təhvil veriləcəyi deyilə bilər”.

 

Bu iddia ilə Ermənistanın “Fakt” nəşri çıxış edib.

 

Nəşr yazır ki, ölkənin Ədliyyə Naziriliyi tərkibində Kadastr Komitəsi Tavuş vilayətinin Kirants kəndinin sakinlərinə bu ərazidə qeyri-dəqiq məlumatlar əsasında mülk qeydiyyatlarının aparıldığını açıqlayıb. Demarkasiya prosesi çərçivəsində Azərbaycana təhvil verilən ərazilərdə erməni sakinlərə məxsus evlər var. Lakin həmin ərazilər rəsmi olaraq Ermənistana məxsus deyillər. Bu halda erməni sakinlərin orada ev tikmələri ərazinin Ermənistana məxsus olmasına heç bir hüquqi əsas yaratmır.

 

Məlumata görə, Kadastın Komitəsinin açıqlaması erməni ekspertlər arasında çaşqınlıq yaradıb. Bir çox ekspertlər qeyd edirlər ki,  hakimiyyət  gələcəkdə digər ərazilərin də Azərbaycana təhvil verilməsini bu amillə əsaslandıra bilər. Çünki Nikol Paşinyan Tiqranaşen (Kərki – red.) və Tavuşla Qazax rayonunun sərhədində yerləşən 6 kəndin Ermənistana məxsus olmadığını dəfələrlə deyib. Həmin ərazidə yaşayan sakinlərə xüsusi sertifikatlar verilib, lakin bunların heç bir rəsmi hüquqi əsası yoxdur. Beləliklə Tiqranaşen sakinləri də qeyri-dəqiq məlumatlar əsasında mülküyyət şəhadətnamələri alıblar. Yəni növbəti mərhələdə hakimiyyət onlara deyə bilər ki, sizin sənədləriniz etibarlı deyil, kəndi tərk edin.

 

Nəşr bildiri ki, son zamanlar kənddə daşınmaz əmlak alqı-satqının mümkün olmadığına dair məlumatlar yayılıb. Orada yaşayan sakinlərə mülkiyyət şəhadətnamələrinin hansı məlumatlar əsasında verildiyi isə məlum deyil.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Rusiyada helikopter QƏZASI

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK