"Sanksiyalar da Rusiyanın dizini yerə gətirmədi"

12:50 23-05-2024 | icon 1027 | Geopolitika
"Sanksiyalar da Rusiyanın dizini yerə gətirmədi"

Fuad Əliyev: "Status-kvo qəbul edilməlidir, əks halda Ukrayna daha böyük əraziləri itirə bilər"

 

“Kollektiv Qərb qəbul etməlidir ki, Rusiyanı məğlub etmək mümkün olmadı. Bolqarıstan prezidenti də bu günlərdə vurğuladı ki, Rusiyaya qalib gəlmək mümkün deyil".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında siyasi ekspert Fuad Əliyev deyib.

 

Fuad Əliyev qeyd edib ki, üçüncü ildir ki, müharibə gedir və Rusiyanın resursları tükənmir, hələ də canlı qüvvə və hərbi texnika, artilleriya, mərmi sayı baxımdan Ukraynadan üstündür:

 

"Bunu Kiyev də etiraf edir. Onu da qəbul etməlidirlər ki, Rusiyanın özünə birləşdirdiyi 4 regionu da geri qaytarmaq yaxın dövrdə real deyil. O zaman nəyi gözləyirlər? Atəşkəsə getmədikcə Ukraynanın fəlakətlərinin miqyası genişlənəcək”.

 

Ekspertin sözlərinə görə, sanksiyalar da Rusiyanın dizini yerə gətirmədi:

 

“Təbii ki, təzyiqlərin öz təsiri var. Bütün Qərb Rusiyanı sıxır, Avropa İttifaqı 12 sanksiya paketi tətbiq edib, milyardlarla maliyyə və hərbi yardım olunub, lakin yenə də Rusiya onların gözlədiyi vəziyyətə düşməyib. Ona görə də iyunda İsveçrədə keçiriləcək Ukrayna üçün sülh konfransında yalnız atəşkəs haqda düşünməlidirlər”.

 

Ekspert hesab edir ki, status-kvo qəbul edilməlidir, əks halda Ukrayna daha böyük əraziləri itirə bilər.

 

AYSEL
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Rusiyada helikopter QƏZASI

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK