Sabiq nazirin məhkəməsində şahid

17:53 23-05-2024 | icon 264 | Hadisə
Sabiq nazirin məhkəməsində şahid

"Rafael Əliyevə təxminən 3-3,5 milyon manat vermişəm"

 

Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin Tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Əsgərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

 

"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə zərərçəkən tərəfin nümayəndəsi iştirak etməyib.

 

Hakim təqsirləndirilən şəxs Rafael Əliyevdən ödənişlərin ödənilməsi ilə bağlı münasibətini öyrənib. O bildirib ki, vəsaitin müəyyən hissəsi ödənilib və proses davam edir.

 

Daha sonra məhkəmədə şahidlərin ifadələri dinlənilib. Onlar bildiriblər ki, pullar müvafiq adamlara verilib və bu göstərişi də onlara Gömrük Komitəsinin keçmiş sədri Səhhət Həbibbəyli verib:

 

"Ay ərzində gömrük xətti ilə 200-250 min, bəzən 300-400 min manat pul yığılırdı. Şöbə müdirləri, post rəisləri kimi çalışan şəxslər aylıq 2000-3000 manat paket alırdılar. Hətta sərt disklərin məhv edilməsini də Səhhət Həbibbəyli bizə tapşırıb. Təxminən 20-30 sərt disk sabiq sədrin yaşamadığı evin həyətində doğranılıb. Bundan başqa, gömrük məntəqəsinə daxil olan avtomobillər tərəzilərə çıxarılırdı və hər birindən 20 manat alınırdı. İl ərzində təxminən 1-1,2 milyon manat pul yığılırdı".

 

Bundan sonra Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Xəzinədarlıq şöbəsinin müdiri Nurlan Hacıyev şahid kimi dindirilib. O, ifadəsində deyib ki, çalışdığı dövrdə dövlət büdcəsindən müəyyən şəxslərə köçürülən vəsaitlərin sənədləri çıxarılırdı və onlardan köçürülən vəsaitin 10 faizi alınırdı:

 

"Bu tapşırığı maliyyə naziri Rafael Əliyev vermişdi. Hər ay 1000-1200 manat paket alırdım. Rafael Əliyevə də bu illər ərzində təxminən 3-3,5 milyon manat vermişəm".

 

R.Əliyev şahid N.Hacıyevin ifadəsini təsdiqləyib, onun bütün proseslərdə iştirakını məhkəmədən xahiş edib.

 

Məhkəmə prosesi iyunun 11-də saat 11:30-da davam etdiriləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər


“Yenidən müharibəyə başlamaq planları qururlar”

Misir-Azərbaycan əlaqələrinin inkişafından qarşılıqlı GÖZLƏNTİLƏR

El arasında “qulaqdibi” adlanan SVİNKA

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Şahmatçımız Fransa çempionu oldu

Dövlət Əmək Müfəttişliyi Xidmətində QANUN BOŞLUĞU

Prezident onu MÜKAFATLANDIRDI

Bakı-Ağstafa qatarlarına Tovuzda dayanacaq VERİLDİ

Laçına dolu yağıb

“Zəfəri nurlandıran Nurlan” və “Ulu Öndərin işığında” - AMEA-da TƏQDİMAT

İsrailə 19 mindən çox raket atılıb

Bayramqabağı bazarda son VƏZİYYƏT

1209 müəllimin cavab verə bilmədiyi SADƏ SUAL

Şagirdi döyən mühafizəçi QOVULDU

Nəşi tapılan hərbçimiz dəfn edildi