"Qarabağ Universitetində çox qaynar tələbə həyatı olacaq"

19:08 23-05-2024 | icon 335 | Təhsil
"Qarabağ Universitetində çox qaynar tələbə həyatı olacaq"

Nicat Məmmədli: "Bizim müxtəlif layihələrimiz var ki..."

 

“Sentyabrın 15-dən başlayaraq Qarabağ Universiteti Xankəndi şəhərində ilk tələbələrini qəbul edə biləcək. Bu, bizim üçün çox böyük şərəfdir, həm fəxrdir, həm də hamımız üçün həssas bir məsələdir”. 

 

Versus.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli İctimai Televiziyada yayımlanan "Sabahın xeyir Azərbaycan" verilişində qonaq olarkən deyib.

 

O qeyd edib ki, ali məktəblərə qəbul imtahanları bitdikdən sonra gənclərimiz öz ixtisas qruplarına uyğun olaraq Qarabağ Universitetini seçə biləcəklər. Artıq bununla bağlı təşviqat kampaniyası başlayıb:

 

"Qarabağ Universitetinə bu günə görə, 6 fakültəyə 25 ixtisas üzrə qəbul nəzərdə tutulur və təxminən 1100 tələbənin təhsil alacağı gözlənilir. İxtisaslara gəlincə, burada pedaqoji fakültəmiz var. Hazırda və gələcəkdə Qarabağda açılacaq məktəblərimiz üçün kadrlar hazırlanacaq. Burada mühəndislik, humanitar ixtisaslar var. Eyni zamanda Qarabağın tarixini, incəsənətini nəzərə alaraq xüsusi incəsənət fakültəsi var. Burada musiqi, tətbiqi incəsənət tədris olunacaq. Ən keyfiyyətli, ən rəqabətli təhsil müəssisəsinin yaradılması ən vacib məsələlərdən biridir. Hələlik bakalavr pilləsinə qəbul olacaq. Amma növbəti illərdən başlayaraq, sözsüz ki, həm magistr pilləsində, həm də sonradan doktorantura pilləsində qəbul olacaq. Çünki universitetin ən vacib elementlərindən biri burada həm də elmi tədqiqatın olmasıdır. Elmi tədqiqatın universitetə gətirilməsi, sonra doktorantların orada hazırlanması, eyni zamanda bizim müxtəlif layihələrimiz var ki, həmin layihələrin bir qisminin Qarabağ Universitetinə cəlb olunması nəzərdə tutulub".

 

Nazir müşaviri onu da bildirib ki, Qarabağ Universitetində çox qaynar bir tələbə həyatının olması gözlənilir. Daha çox tələbə şəhəri olacaq və sözsüz ki, gələcəkdə də biz bunu genişləndirəcəyik:

 

"Eyni zamanda belə elmi tədqiqat müəssisələrinin mərkəzlərinin, müxtəlif laboratoriyaların açılması və s. nəzərdə tutulub. Əslində, Xankəndi çox gözəl bir elm və təhsil şəhəri olacaq. Mən Qarabağ Universitetində işləmək istəyən insanlara üzümü tutub deyə bilərəm ki, mütəmadi olaraq bizim internet resurslarımızı izləsinlər və həmin vakansiyaların tələblərinə uyğundurlarsa, müraciət etsinlər. Gəncləri bu fürsətdən yararlanmağa çağırıram, çünki doğrudan da, bu, bir qürur anıdır. Abituriyentlər isə bilsinlər ki, ilk Qarabağ Universitetinin tələbəsi olmaq və 4 ildən sonra da oranı ilk məzun kimi bitirmək tarixə düşən bir andır”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...