Gölə çimməyə getdi, itkin düşdü
İsmayıllı sakini evdən çıxıb və geri dönməyib.
Versus.az xəbər verir ki, İsmayıllı rayonunun Kürdmaşı kənd sakini 1998-ci il təvəllüdlü Qasımov Əli Elman oğlu dünən saat 17 radələrində yaşadığı evdən çıxıb, və yaşadığı evdən bir neçə kilometr aralıda olan gölə gedib.
İlkin məlumata əsasən o, gölə çimmək məqsədilə gedib. Həmin vaxtdan yaxınları ondan heç bir xəbər almayıb.
Faktla bağlı araşdırma aparılır.
Xəbər lenti
Direktorluqdan imtina etdi
Xankəndiyə müəllimi kimi qayıtdı...