İtlərə işgəncə verilməsinə şərait yaradan şəxslər SAXLANILDI
Sosial şəbəkələrdə bir qrup şəxsin uşaqların gözü qarşısında itləri boğuşduraraq onlara işgəncə verdiklərini əks etdirən görüntülər yayılıb.
Versus.az xəbər verir ki, araşdırma zamanı videonun Naxçıvan Muxtar Respublikası ərazisində çəkildiyi məlum olub.
Kadrlar yayıldıqdan dərhal sonra polis araşdırma aparıb.
Məlumata görə, Naxçıvan MR polisi tərəfindən heyvana işgəncə verilməsinə şərait yaradan şəxslərin hamısı saxlanılıblar.
Onlar barəsində qanunauyğun tədbir görülüb.
Xəbər lenti
Bələdiyyələrlə bağlı QƏRAR
Yerli özünü idarəetmə orqanını işlək mexanizmə çevirməyin yolları aranır