Azərbaycana maraq getdikcə daha da artır

14:55 24-05-2024 | icon 473 | Siyasət
Azərbaycana maraq getdikcə daha da artır

Könül İsmayılova: “Dövlətlərarası münasibətlərdə xalqlarımızın iradəsi də var”

 

“Azərbaycanın dövlətlərarası münasibətləri ən yüksək səviyyəyə çatıb. Qarşılıqlı fəaliyyətimizin əsasında çoxəsrlik tarix boyu əməkdaşlıq etmiş, dost olmuş, birlikdə qurub-yaratmış xalqlarımızın iradəsi dayanır. Cənab İlham Əliyevin Tacikistanın Prezidenti ilə görüşündə səsləndirilən fikirlər bu cür münasibətlərin daha da möhkəmlənməsindən və davamlı olacağından xəbər verir”.

 

Versus.Az xəbər verir ki, bunu Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura İdarə Heyətinin üzvü Könül İsmayılova Prezident İlham Əliyevin Tacikistanın Prezidenti Emoməli Rəhmonun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatla bağlı açıqlamasında bildirib.

 

K.İsmayılova ölkə başçısının çıxışında bəhs etdiyi konkret addımlara diqqət çəkib. O, sənaye kooperasiyası, humanitar sahədə əməkdaşlıq, habelə iqtisadi xarakterli bir çox layihənin reallaşdırılmasına dair konkret tapşırıqların verilməsini görüləcək işlərin ölkələrimiz üçün yüksək uğur kimi dəyərləndirib.

 

K.İsmayılova qeyd edib ki, Azərbaycanda Tacikistanın Mədəniyyət Günlərinin keçirilməsi ikitərəfli münasibətlərdə mühüm hadisədir. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir”.

 

“Nəqliyyat sektoru da əməkdaşlığımızın mərkəzindədir. Orta Dəhliz və onun bir hissəsi olan Transxəzər Nəqliyyat Dəhlizi Tacikistandan yükgöndərənlər üçün cəlbedici logistik layihədir. Ölkə başçımızın da qeyd etdiyi kimi, Azərbaycan öz ərazisində bütün iri nəqliyyat və logistika layihələrini praktiki olaraq başa çatdırıb və bu gün müxtəlif istiqamətlərdə - Şərqdən Qərbə və əks istiqamətdə, Şimaldan Cənuba və əks istiqamətdə böyük həcmdə yükləri qəbul etməyə hazırdır”.

 

Xanım siyasətçi bildirdi ki, yalnız etibarlı münasibətlər sayəsində ölkələrin dostluğu, əməkdaşlığı sağlam irəliləyə bilər Ümumiyyətlə, ölkə rəhbərlərinin qarşılıqlı səfərləri birgə fəaliyyətlərinin ən mühüm amilidir:

 

“Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla münasibətləri xüsusi əhəmiyyətə malikdir. Diplomatik münasibətlərimiz 1992-ci ildə qurulub. Ölkələrimiz arasında əlaqələrin inkişafında cənab İlham Əliyevin və Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır. Bu səmimiyyət dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivliyində və məhsuldarlığında da özünü göstərir. Ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər də birləşdirir”.

 

SEVDA
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Rusiyada helikopter QƏZASI

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK