Rəsulzadə haqqında film bu dəfə Macarıstanda

15:08 24-05-2024 | icon 267 | Cəmiyyət
Rəsulzadə haqqında film bu dəfə Macarıstanda

Görkəmli şəxsiyyət Məmməd Əmin Rəsulzadənin haqda lentə alınan “Ən səmimi sevgi ilə” daha bir ölkədə nümayiş etdiriləcək.

 


Ekran işi Vaşinqton, İzmir, Amsterdam və Ankaradadan sonra 28 may Müstəqillik günü (Köhnə Republika günü – red.) münasibətilə 25 mayda Macarıstanın Budapeşt şəhərində göstəriləcək. Film 27 mayda isə Anadolu Universitetində nümayiş etdiriləcək.

 


Sözügedən sənədli film Məhəmməd Əmin Rəsulzadənin həyat-fəaliyyətindən bəhs edir. İlk dəfə Azərbaycanda geniş kütləyə təqdim olunan ekran əsəri Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından olan Rəsulzadənin izi ilə Almaniya, Polşa, Türkiyə və Azərbaycanda lentə alınıb.

 


Film ərzində yerli və xarici tədqiqatçıların müsahibələri, Rəsulzadəyə məxsus arxiv sənədləri, eksklüziv foto və video görüntülər nümayiş olunur. Layihənin müəllifi Aztv-də yayımlanan “Yüz ilin sirləri” verilişin müəllif-aparıcısı Hüseyn Cavadzadədir.

 


Xatırladaq ki, Məmməd Əmin Rəsulzadə 1884-cü il, 31 yanvar tarixində Bakının Novxanı kəndində anadan olunub.

 

 

 

Ayəndə Dadaşova
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Rusiyada helikopter QƏZASI

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK