Qafqazda yeni cəbhə açmaq ssenarisi

22:33 24-05-2024 | icon 269 | Siyasət
Qafqazda yeni cəbhə açmaq ssenarisi

Hansı ölkə Ukraynanın taleyini yaşayacaq?

 

Gürcüstanın Baş naziri İrakli Kabaxidze ölkədə Rusiyaya qarşı ikinci cəbhə açmağa cəhdin olduğundan danışıb. O bildirib ki, bunu Moskvanın mövqeyini zəiflətmək üçün etməyə çalışırlar, lakin Gürcüstanın taleyi ilə maraqlanmırlar.

 

Qeyd edək ki, bu fikirlər indiyə qədər Ermənistan üçün də səsləndirilirdi. Ermənistanı ikinci Ukrayna, Paşinyanı isə ikinci Zelenski adlandırırdılar. Hazırda Qərbin iki Cənubi Qafqaz ölkəsində Rusiyaya qarşı cəbhə açmaq istədiyi iddia edilir. Ölkələrdən biri Ukraynanın taleyini yaşaya bilərmi?

 

Qafqaz Tarixi Mərkəzinin direktoru, siyasi şərhçi Rizvan Hüseynov deyib ki, bu ilin əvvəlindən Ermənistan və Gürcüstanda gərgin proseslər baş verir:

 

“Rusiya-Qərb qarşıdurması gedir. May ayının ortalarında Ermənistan Baş naziri Nikol Paşinyanın Moskvaya səfəri və Rusiya Prezidenti Vladimir Putinlə görüşündən sonra iki ölkə arasındakı münasibətlərdə müvəqəti olaraq bəzi məsələlər həllini tapdı, gərginlik səngidi. Nəticə etibarilə Rusiyaya qarşı qüvvələr Gürcüstanda daha aktiv fazaya keçdi. Sanki Ermənistan və Gürcüstan Qərblə Rusiya arasında poliqona çevrilib. Delimitasiya, demarkasiya prosesinin gedişi, sülh müqaviləsinin imzalanmasına yaxın olmağımız, nəqliyyat-tranzit yollarının tikintisi, gələcəkdə Zəngəzur üzərindən yolların açılması kimi məsələlər Qərb və Rusiya arasında müəyyən razılığın əldə olunmasına gətirib çıxardı. Buna görə də Ermənistandakı daxili gərginliklər bir qədər səngidi”.

 

Siyasi şərhçinin sözlərinə görə, Ermənistanın hazırkı fəaliyyəti Qərb və Rusiya üçün məqbuldur:

 

“Rusiya və Qərb hazırda Gürcüstan üzərində oyuna başlayıblar. Bu proses payıza kimi davam edəcək. Burada da iki tərəf razılığa gəlməlidir. Bundan başqa, rəsmi Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanması istiqamətində addımların atılmalıdır. Ölkəmiz Gürcüstanda sabitlik olmasında maraqlıdır. Onun sabitliyi Azərbaycan, Türkiyə və digər region ölkələri üçün vacibdir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Rusiyada helikopter QƏZASI

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK