ÜST-dən COVID-19-la bağlı AÇIQLAMA
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 epidemiyası nəticəsində dünyada gözlənilən orta ömür uzunluğunun təxminən iki il azaldığını açıqlayıb.
Versus.az xəbər verir ki, bu barədə ÜST-ün saytında açıqlama verilib.
Bildirilib ki, koronavirus pandemiyası ilə əlaqədar 2019-2021-ci illər ərzində dünyada orta ömür uzunluğu 1,8 il azalaraq 71,4 il təşkil edib.
“COVID-19 pandemiyası doğuş zamanı gözlənilən ömür uzunluğunun və gözlənilən sağlam ömür uzunluğunun tədricən artım tendensiyasını dəyişdirdi”, - ÜST ekspertləri bildirir.
Cənub-Şərqi Asiya və Amerika regionlarında göstəricilər 2019-cu ildən 2021-ci ilə qədər müvafiq olaraq 2,5 və 3 il azalıb ki, bu da qlobal antirekorddur.
ÜST-ün Baş direktoru Tedros Adanom Gebreyesus COVID-19 pandemiyasının gözlənilən ömür artımınını iki il ərzində necə heçə endirdiyini vurğulayaraq insanları tərəqqinin nə qədər kövrək ola biləcəyini xatırlamağa çağırıb.
ÜST-ün yeni statistikası göstərir ki, koronavirus 2020 və 2021-ci illərdə dünyada milyonlarla insanın ölümünə səbəb olan 3 əsas ölüm səbəbindən biri olub. Amerika regionunda isə COVID-19 hər iki ildə əsas ölüm səbəbi olub.
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...