Bu şəxslərə pulsuz verilən dərman preparatlarının sayı ARTIRILDI

16:09 25-05-2024 | icon 361 | Sağlamlıq
Bu şəxslərə pulsuz verilən dərman preparatlarının sayı ARTIRILDI

Nazirlər Kabineti "Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydası"nda dəyişiklik edib.

 

Versus.Az xəbər verir ki, "Əlilliyi olan şəxslər üçün ambulator şəraitdə istifadə olunan ən vacib dərman preparatlarının siyahısı"na "Loratadin" (tablet), "Ürək damar sistemi üçün dərman vasitələri" sırasına "Amlodipin+İndapamid+Perindopril" (tablet), "Ramipril" (tablet) daxil edilib.

 

Eyni zamanda "Beyin və periferik qan dövranını yaxşılaşdıran dərman vasitələri" sırasına "Betahistin dihidroxlorid" (tablet), "Neostiqmin metilsulfat" (inyeksiya üçün məhlul), "Həzm sisteminə təsir edən dərman vasitələri" siyahısına "Bisakodil" (tablet), "Tənəffüs sisteminə təsir edən dərman vasitələri" siyahısına "Montelukast" (tablet), "Dornase alfa" (inhalyasiya üçün məhlul), "Hipertonik" (natrium xlorid məhlulu + natrium hialuronat inhalyasiya üçün məhlul), "Vitamin və minerallar" siyahısına "Maqnezium + Piridoksin HCl" (tablet), "Antimikrob dərman vasitələri" siyahısına "Metronidazol", "Ofloksasin", "Siprofloksasin" və "Ko-trimoksazol" tabletləri və "Tobramicin" (inhalyasiya üçün məhlul), "Epilepsiya əleyhinə dərman vasitələri" siyahısına "Preqabalin" (kapsul) daxil edilib.

 

Nazirlər Kabinetindən bildirilib ki, qərara əsasən, əlilliyi olan şəxslərə pulsuz verilən dərman preparatlarının sayı artırılıb, 20 adda dərman siyahıya yeni əlavə olunub. Əlilliyi olan şəxslər pulsuz dərman vasitələri ilə Səhiyyə Nazirliyi və TƏBİB-in birgə müəyyən etdikləri tibb müəssisələrində təşkil edilmiş aptek məntəqələri vasitəsilə təmin olunurlar. Dərman preparatlarının dəyəri tibb müəssisələri tərəfindən bu məqsədlə İcbari Tibbi Sığorta Fondunda (İTS) nəzərdə tutulmuş vəsait hesabına ödənilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Rusiyada helikopter QƏZASI

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK