“Kadr məsələsində hamı hakim partiyaya uduzur”

14:49 27-05-2024 | icon 205 | Siyasət
“Kadr məsələsində hamı hakim partiyaya uduzur”

Fazil Mustafa: “Partiyamız seçki strategiyasını bir daha gözdən keçirəcək”

 

“Ölkəmizdə partiya demokratiyasının inkişafı önəmlidir. Bu dialoq parlament seçkilərində partiyaların daha mobil iştirak etməsinə köməklik göstərə bilər”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa bildirib. Onun sözlərinə görə, idarəetmədə partiya kadrlaşmasının böyük önəmi var və həm də keyfiyyətli idarəetmənin təminatıdır.

 

Partiya sədri bildirib ki, hakimiyyətin dialoq formasında bu partiyalarla görüşü müsbət tendensiyadır və bu, son 3-4 ildə daha çox genişlənməyə başlayıb:

 

“Mayın 17-də keçirilən görüş parlament seçkilərində partiyaların daha mobil iştirak etməsinə köməklik göstərə bilər. Bu, birbaşa seçki ilə əlaqəli deyil. Hesab edirəm ki, bu cür qarşılıqlı əməkdaşlıq həm partiyaların xeyrinədir, həm də dövlətin siyasi partiya modelində demokratik institutların inkişafı mənasına gəlməkdədir”.

 

F.Mustafa bildirib ki, siyasi partiyaların parlament seçkilərinə ümumiləşmiş formada necə hazır olduğunu söyləmək çətindir:

 

“Quruluş Partiyası iyun ayında növbəti qurultayını keçirəcək və burda seçki strategiyasını bir daha gözdən keçirəcək. Partiya olaraq bu il prezident seçkilərində də çox fəali iştirak elədik. Bu da bizim gücümüzü göstərən əsas amillərdən biridir. Bütün partiyalar da yəqin ki, seçki prosesinə əhəmiyyət verəcəklər və burda da proseslərə ciddi hazırlaşacaqlar. Siyasi partiyaların özlərini cəmiyyətə təqdim etmələri üçün proporsional seçki sisteminə keçid önəmlidir. Çünki seçkilərdə partiyanın kadr bazasına daxil olan insanları təqdimetmə fürsəti olur. Bütün hallarda biz siyasi partiyalar arasında müqayisə aparsaq görərik ki, kadr məsələsində hamı hakim partiyaya uduzur. Amma bu o demək deyil ki, partiyalarda yetkin kadrlar yoxdur. Yəqin ki, bu proseslər daha çox demokratik məzmun aldıqca, partiya təmsilçiliyi genişləndikcə, partiyalar daha çox kadrlarla təmsil olunacaqlar. Amma əgər partiya demokratiyasının inkişafında məyyən mərhələni keçə bilsək, bu sahədə də müsbət mənada dəyişikliklər olacaq”.

 

TAHİRƏ
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Rusiyada helikopter QƏZASI

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK