“Bütövlükdə bütün partiyaları bir çətir altında eyniləşdirmək olmaz”

15:59 27-05-2024 | icon 198 | Siyasət
“Bütövlükdə bütün partiyaları bir çətir altında eyniləşdirmək olmaz”

Arzuxan Əlizadə: “Bütün bunlar seçkilərdə bu və ya digər formada öz sözünü deyəcək”

 

“Siyasi partiyaların bir masa arxasında oturub mövcud problemlərlə bağlı müzakirələr aparması mühüm hadisədir. 2019-cu ilin noyabr ayında Prezident Admnistrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyəti ilə işləyən yeni struktur yarandıqdan sonra siyasi partiyalara diqqət inkişaf edib”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə bildirib.

 

Partiya sədri qeyd edib ki, 4 il ərzində siyasi partiyalarla müxtəlif ranqlı görüşlər keçirilib. Onun sözlərinə görə, bu ilin 16 mayında keçirlən tədbir bu qəbildən olsa da, Admnistrasiyanın müvafiq şöbəsi ilə yanaşı bir sıra dövlət qurumlarının rəhbər vəzifəli şəxslərinin iştirakı məlum görüşün əhəmiyətini bir qədər də artırıb:

 

“Tədbirdə mövcud “siyasi partiyalar haqqında” qanunun izahı, qanun çərçivəsində siyasi partiyaların fəaliyyəti, istiqamətləri izah olundu. Partiya sədrləri də çıxış edib, fikir və təklifərini bildirdilər. Bununla yanaşı hesab edirəm ki, bütövlükdə bütün partiyaları bir çətir altında eyniləşdirmək olmaz. Siyasi partiyaların müxtəlif elektoratları, cəmiyyətə müxtəlif təsir imkanları var. Eyni zamanda seçki təcrübəsi olanlar, yeni yaranan partiyalar, seçki təcrübəsi olmayanla da var. AMİP ilk yaranan siyasi təşkilat olaraq kifayət qədər siyasi, seçki təcrübəsinə malikdir. Bütün bunlar seçkilərdə bu və ya digər formada öz sözünü deyəcək”.

 

PƏRİ
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Rusiyada helikopter QƏZASI

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK