“Xarici kəşfiyyata işləyən partiyaların başqa yerlərdən əli kəsildi”
Hafiz Hacıyev: “İqtidar-müxalifət dialoqu xalq üçün çox müsbət haldır”
“Bir müddət öncə Prezident Admnistrasiyasının siyasi partiyalarla keçirdiyi görüşü yüksək dəyərləndirirəm. Bu dialoq bütün partiyaların maraqları, dövlət xalq arasda işbirliyi, ölkədə yaranmş sabitliyin qorunması, dialoqun müzakirə mövzusu olaraq mühüm əhəmiyyət kəsb edir”.
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.
Partiya sədri qeyd edib ki, heç bir vasitəçi olmadan iqtidar-müxalifət dialoqunun baş tutması dövlət, xalq üçün çox müsbət haldır:
“Bundan sonra xarici kəşfiyyata işləyən partiyaların başqa yerlərdən əli kəsildi. Partiyalarla hökumət arasında böyük dialoq baş tutdu və belə nəticəyə gəlmək olur ki, bundan sonra da belə davam etdirilməsi nəzərdə tutulur. Partiyaların xalq arasında nüfuzunun artırılması və digər məsələlərlə bağlı işlərin görüləcəyi şübhə doğurmur. Partiyalar proporsional seçki siseminin bərpa olunması, demokratik seçkilərin keçirilməsi, dairlərdə partiya nümayəndələrinin iştirakı, rayonlarda partiyaların qərərgahla təmin edilməsi, partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi, o cümlədən qarşıdan gələn parlament seçkilərində iştirak məsələsi bir daha müzakirə edidi”.
H.Hacıyev vaxtilə müxalifət partiyalarını işğaldan azad olunan torpaqlara getdiyinə görə “avtobus müxalifəti” və sair adlarla tənqid edən “siyasi meyit”lərin yenidən xortlamasına imkan verməyəcəklərini bildirib:
“Belə görüşlərin Xankəndidə keçirilməsi ilə bağlı təkliflə çıxış etdim. Yaxın vaxtlarda həllini tapacaq. Xalqla dövlət arasında olan narazılıqlar xarici səfirlərin vasitəsi ilə deyil, iqtidarla həllini tapmalıdır”.
LƏMAN
versus.az
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...