Partiyaların siyasi institut kimi formalaşmasına zəmin yaradan amil

18:12 27-05-2024 | icon 210 | Siyasət
Partiyaların siyasi institut kimi formalaşmasına zəmin yaradan amil

Elçin Mirzəbəyli: “Partiyaların kadr potensialı ümumi mənzərədən qənaətbəxş görünmür”

 

“Hakimiyyətlə siyasi partiyalar arasında keçirilən görüşlər ölkəmizdə siyasi sistemin təkmilləşdirilməsi ilə bağlı aparılan islahatların tərkib hissəsi kimi mühüm əhəmiyyətə malikdir. Son görüşdə ölkəmizin bütün siyasi spektorunu təmsil edən partiyaların iştirakı qarşılıqlı münasibətlərin inkişafı, ölkədə sivil münasibətlər sisteminin formalaşması istiqamətində həyata keçirilən tədbirlərin ardıcıl xarakter daşıdığını sübuta yetirir”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHDP) sədr müavini Elçin Mirzəbəyli bildirib.

 

E.Mirzəbəyli qeyd edib ki, “siyasi partiyalar haqqında” Qanun və onun tələbləri qarşılıqlı əlaqələrin inkişafını tələb edən hüquqi sənəddir:

 

“Yeni qanunun mənimsənilməsi və bu istiqamətdə siayasi partiyaların fəaliyyətinin qurulması üçün zəruri addımlar atılmalıdır. Artıq siyasi partiyaların fəaliyyətinin yeni qanuna uyğunlaşdırılması ilə bağlı bir sıra mühüm addımlar atılıb, siyasi partiyaların Reystri aparılıb. Bu, bütövlükdə siyasi partiyaların siyasi institut kimi formalaşmasına zəmin yaradan amildir”.

 

E.Mirzəzadə bildirib ki, bir sıra mühüm tədbilərin keçirilməsinə ehtiyac var və bu, yalnız ölkədə konstitusiya islahatlarının keçirilməsindən sonra mümkündür.  Onun sözlərinə görə, bunlardan biri proporsional seçki sisteminin bərpa olunmasıdır.

 

E.Mirzəzadə o cümlədən məlum görüşün keçirilməsinin parlament seçkiləri ilə bağlı olmadığına da diqqət çəkib:

 

“Bu, ümumilikdə siyasi partiyaların fəaliyyətinin bütün istiqamətlərini əhatə edir. İstənilən halda bu qəbildən olan görüşlər həm də siyasi partiyaların cəmiyyətdəki rolunun artırılmasına xidmət edən faktor kimi də dəyərləndirilə bilər”.

 

Partiya yetkilisi hesab edir ki, indidən hansı siyasi partiyanın seçkiyə hazır-olub olmadığını söyləmək çətindir:

 

“Siyasi partiyanın fəliyyətinin təməlini seçkidə iştirak təşkil edir. Partiyalar fəaliyyətdə olduğu bütün dövrlərdə keçirilən bütün seçkilərə hazır olmalı və seçkilərdə iştirak etməlidirlər. Bu, həm də onların ideyalarının təbliğ olunması üçün yeganə legitim vasitə hesab olunur”.

 

E.Mirzəzadə siyasi partiyalarda kadr potensialı ilə bağlı birmənalı fikir bildirməyi mümkünsüz sayıb. Onun fikrincə, siyasi partiyaların fəaliyyətinə real məzmun gətirmədən bu barədə fikir söyləmək doğru olmaz:

 

“İndiki şəraitdə çoxpartiyalı sistemin olmasını arzulayırıqsa bu, proporsional çeçkinin bərpasından keçir. Məhz bu halda siyasi partiyalar arasında rəqabət güclənə bilər. İndiki halda siyasi partiyaların kadr potensialı ümumi mənzərədən qənaətbəxş görünmür. Çünki cəmiyyətdə öz potensialı ilə seçilən, yaxud büruzə verməyə çalışan insanların çoxu siyasi partiyalara can atmırlar. Ona görə də siyasi partiyaların cazibədarlığının artırılmasına ehtiyac var. Buna görə də bir sıra mühüm qərarların qəbul edilməsi, konstitusiya islahatlarının həyata keçirilməsi zəruridir”.

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Rusiyada helikopter QƏZASI

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK