Müxalifətin parlamentdə daha çox təmsil olunmasına YAŞIL İŞIQ

21:30 27-05-2024 | icon 386 | Siyasət
Müxalifətin parlamentdə daha çox təmsil olunmasına YAŞIL İŞIQ

Taliyyət Əliyev: "Bu cür seçkilər dövlətimiz üçün əhəmiyyətli olardı”

 

“Prezident Admnistrasiyasının dövlət qurumları ilə siyasi partiyalar arasında təşkil etdiyi görüşü faydalı və əhəmiyyətli hesab edib. Bu, ölkədə siyasi dialoq, siyasi münasibətlərin nizama alınması istiqamətində atılan növbəti mühüm addımdır”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədr müavini Taliyət Əliyev deyib.

 

İqtidar-müxalifət görüşünün Siyasi Partiyalar Haqqında qanunun tətbiqi məsələsi ilə bağlı olduğunu qeyd edən T.Əliyev bildirib ki, yeni qanun əvvəlki qanunlardan köklü şəkildə fərqlənir:

 

““Siyasi Partiyalar Haqqında” yeni Qanuna görə siyasi partiyalar 5 min üzvünün məlumatlarını Ədliyyə Nazirliyinə təqdim etməli, nizamnamə və məramnaməyə əlavə və dəyişikliklər olunmalı idi. Siyasi Partiyaların fəaliyyətinin yeni qanunvericiliyə uyğunlaşdırılması məsələsi demək olar ki, öz həllini tapıb. Sadəcə prosedur məsələlərdə müəyyən anlaşılmazlıqlar var ki, onların ortadan qaldırılması üçün aparılan belə müzakirələr öz təsirini göstərməlidir. Görüşdə eyni zamanda qarşıda duran problemlər, ölkədəki iqtidar-müxalifət münasibətlərinin tənzimlənməsi və siyasi müstəvidə zəruri islahatların aparılması ilə bağlı təkliflər səsləndirildi. Ümumilikdə bu görüşü ölkədə iqtidar- müxalifət münasibətlərinin normallaşdırılması və siyasi dialoqun inkişaf etirilməsi istiqamətində atılan pozitiv addım kimi dəyərləndirmək olar”.

 

ADP yetkilisi hesab edir ki, iqtidar-müxalifət görüşünün Parlament seçkilərinə hansı təsir göstərəcəyi ilə bağlı qabaqcadan proqnoz vermək çətindir. O, görüşün qarşıdan gələn parlament seçkiləri ilə bağlı olmasını istisna edib:

 

“Hələ ki, parlament seçkilərinin vaxtı müəyyən olunmayıb. Müxalifət camiyəsi arzu edirdi ki, seçkilər proporsional seçkinin tətbiqi ilə həyata keçirilsin. Hər halda gözləntimiz budur ki, seçkilərdə müxalifətin parlamentdə daha çox təmsil olunması üçün yaşıl işıq yandırılacaq. Bu cür keçirilən parlament seçkiləri cəmiyyətimiz, dövlətimiz üçün əhəmiyyətli olardı”.

 

T.Əliyevin fikrincə, müxalifət bu seçkilərə hazırdır. Amma yüksək səviyyədə olan hazırlıq kimi dəyərləndirməyi mümkünsüzdür. Onun fikrincə, ölkədə bir apolitik durum hökm sürür:

 

“Bu vaxta qədər seçkilərdə olan saxtalaşdırmalar insanlarda, o cümələdn siyasi müxalif camiyədə seçkilərə inamı sarsıdıb. Müxalifət partiyaların maliyə resursları çox zəifdir. Böyük əksəriyyətin xüsusilə də parlamentdə təmsil olunmayan partiyaların durumu eynidir. Zaman resursu da müxalifət üçün yetərli deyil. Əvvəl seçki kampaniyası müddəti 4 ay idisə indi 2 aydır. Müxalifət partiyaları seçkilərə ancaq bu şərtlər daxilində hazır ola bilər”.

 

T.Əliyev partiyaların müəyyən kadr potensialının olduğunu deyib. Onun fikrincə, insanlar partiyaya gəlməklə, seçkilərədə iştirak etməklə dövlət institutlarında təmsil olunma hüququ qazanmalıdır:

 

“Bu bizdə yoxdur və ona görə də kadrlar siyasi partiyalara meyl göstərmir. Buna baxmayaraq indiki şəraitə uyğun olaraq partiyaların öz fəaliyyətinə uyğun kadr bankı var. O cümlədən siyasi partiyaların özlərini cəmiyyətə tanıtması üçün kadr potensialından çox siyasi  situasiyanın normal səviyyədə olması mühümdür. Bu, ölkədə köklü siyasi islahatların həyata keçirilməsi, siyasi partiyaların üzv tərəfdarları, cəmiyyət üzvləri ilə görüşləri, media orqanlarına çıxışının təmin olunması ilə ifadə olunmalıdır”.

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Tütək səsi” filminin Tapdıqla Cümrüsü 50 il sonra...

Sumru Yavrucukun “Shirley Valentine”sı Bakıda...

COP29 dialoqlarına həsr olunmuş FİLM

Millimizin heyətində daha bir dəyişiklik baş verib

Onlara Nobel mükafatı verildi

Bakıda qazanxanada PARTLAYIŞ

Parlamentlərarası işçi qruplarına rəhbərlər SEÇİLƏCƏK

Buruntaqsız it gəzdirənləri gözləyən CƏZALAR

Külək güclənəcək - XƏBƏRDARLIQ

Beş min illik sirli qəbir...

Ölkəmizdə dayə xidməti necədir?

Sərnişindaşıma şirkətinə avtobuslarla bağlı GÖSTƏRİŞ

"Aygün fərqli planetdir"

Bağırsaq düyünlənməsi, müayinə və müalicəsi - MÜSAHİBƏ

Keçmiş döyüşçüdən Ali Baş Komandana MÜRACİƏT