“"Makron siyasəti"nin heç bir rolu, əhəmiyyəti yoxdur”

17:45 30-05-2024 | icon 384 | Siyasət
“"Makron siyasəti"nin heç bir rolu, əhəmiyyəti yoxdur”

Jalə Əliyeva: "Yanılırlar və Azərbaycanın apardığı böyük siyasəti həzm edə bilmirlər"

 

"Özünü Avropanın demokratik ölkəsi sayan Fransanın Azərbaycana qarşı qərəzli mövqeyini, məkirli niyyətlərini davam etdirməsi təəssüfedicidir".

 

Versus.az xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib.

 

Onun sözlərinə görə, bu gün Fransanın Azərbaycanla bağlı hədyanlarla dolu açıqlamaları absurddur, heç bir həqiqəti əks etdirmir:

 

“Bu əsası olmayan heç bir həqiqəti əks etdirməyən Fransıa sayağı ermənipərəst fikirlər Azərbaycanın mövqeyinə, nüfuzuna heç bir xələl gətirə bilməz. Əksinə, haqqın gözü tərəzidir və bu haqq tərəzisində Azərbaycanın mövqeyi ən yüksək, ən ağır yerdə gəlməkdədir”.

 

Deputat hesab edir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Fransanın son sayıqlaması ilə bağlı bəyanatı Azərbaycanın dövlətçilik prinsipllərini əks etdirir, dəmir mövqeyini ortaya qoyur. O, bildirib ki, özünü dünya dövlətləri sırasında lider hesab edən Fransa kolonializm siyasətinə alışıb:

 

“Fransa Afrikada Ərəf ölkələrində həyata keçirdiyi kalonilaizm siyasətini, Qafqazda müstəilliyini, suverenliyini elan etmiş Azərbayacan kimi dövlətlərdə də həyata keçirə biləcəyini düşünür. Lakin yanılırlar və Azərbaycanın apardığı böyük siyasəti həzm edə bilmirlər. Azərbaycan onların bu günə qədər aşağılayıcı şəkldə baxdığı ölkələrdən deyil. Azərbaycan bu gün dünyanın, bölgənin ehtiram köstərdiyi ölkədir. Ölkə başçısı İlham Əliyevin siyasi xarizması, beynəlxalq siyasəti dərindən bilməsi, dünya siyasətçiləri ilə üz-üzə gələrkən əldə etdiyi üstünlüklər hər kəsin gözü qarşsında baş verir. Belə olan halda "Makron siyasəti"nin heç bir rolu əhəmiyyəti yoxdur”.

 

TAHİRƏ
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Rusiyada helikopter QƏZASI

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK