“Baş konsulluq orda lazım olacaq”
Aydın Quliyev: "Rusiya bölgədə mövcudluğunu saxlamaq istəyir"
"Rusiyanın Xankəndidə konsulluq açmaq istəyi sülhməramlıların vaxtından qabaq, heç bir problem yaratmadan Qarabağı tərk etməsindən sonra diqqətçəkicidir. Bu, birdən-birə deyil, diplomatik kanallarda müəyyən müzakirlərdən keçərək məsləyə çıxarılmış məsələdir".
Versus.Az xəbər verir ki, bunu açıqlamasında siyasi ekspert Aydın Quliyev bildirib.
Ekspert hesab edir ki, bu, Rusiyanın istəyidir. Rusiya bölgədə 200 ildən artıq mövcud olmuş bir ölkə olaraq bölgəni tərk eləmək istəmir. Onun sözlərinə görə, Rusiya bölgədə mümkün qədər siyasi, diplomatik, hərbi mövcudluğunu saxlamaq isəyir. O, Baş Konsulluğun açılmasının bir neçə ehtimalla izah edilməsini mümkün sayıb:
"Vətən müharibəsindən sonra və rus sülhməramlıların Qarabağda mövcud olduğu bir vaxtda Rusiya Gorusda baş konsulluq açmaq istədiyini bildirmişdi. O zaman Rusiya ilə münasibətləri sabit olan Ermənistan buna elə bir aqressiv münasibət göstərmirdi. Sonradan İran da baş Konsulluq açmaq məsələsini ortaya gətirdi və Qərbi Zəngəzurda İranın Baş konsulluu açıldı. Amma Rusiyanın konsulluğu açılmadı. Bu, Rusiya-Ermənistan münasibətlərindəki gərginləşən mövqelərin təsiri ilə baş vermişdi. Buna görə də Rusiya Qərbi Zəngəzurda baş konsulluğun ola biləcəyi ehtimalının azaldığını və belə şəraitdə baş konsulluğun Qarabağ bölgəsində açılmasını daha real hesab edib”.
A.Quliyev hesab edir ki, Azərbaycanla Rusiyanın indiki münasibətləri konsulluğun açılmasına imkan verir:
“Birincisi, bu, Qərbi Zəngəzurda baş konsulluq açmaq ehtimalının qeyri-real olması ilə bağlıdır. İkincisi, Rusiyada müəyyən dairlər ermənilərin hansısa sayda, səviyyədə Qarabağa qayıtmaq ehtimallarını kənara qoymaya bilər. Üçüncü, Ermənistan işğalçıları 30 ildə Qarabağı və Şərqi Zəngəzuru darmadağın ediblər, bu bölgələrin bərpasında Rusiyanın iştirakçılığını təmin edə bilər ki, Rusiya bunu istəyir. Eyni zamanda Rusiyanın regionları ilə Azərbaycan regionları arasında ciddi ticarət əlaqələri var. Ehtimal etmək olar ki, Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ bölgəsində iqtisadi, investisiya və ticarət siyasətinin getdikcə güclənəcəyi gözlənilir. Buna görə də baş konsuluq orda lazım olacaq”.
LƏMAN
versus.az
Xəbər lenti
Hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIĞI
Sabah Bakıda və Abşeron yarımadasında...