“Məzuniyyətlər ləğv edilir, Bakıdan çıxış qadağan olunur” – ŞOK İDDİA

09:07 30-05-2024 | icon 225 | Cəmiyyət
“Məzuniyyətlər ləğv edilir, Bakıdan çıxış qadağan olunur” – ŞOK İDDİA

Azərbaycanda yay aylarında parlament seçkilərinin keçiriləcəyi və bununla əlaqədar bəzi dövlət qurumlarında məzuniyyətlərin ləğv olunacağı iddia edilir. Hətta müəyyən şəxslərə müvəqqəti olaraq Bakıdan çıxışın belə qadağan ediləcəyi deyilir.

 

Globalinfo.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, Azərbaycan demokratik ölkədir və seçkilər də demokratik dövlətin həyata keçirdiyi mühüm siyasi, hüquqi hadisələrdən biridir:

 

“Mahiyyət etibarilə seçkilər azadlıq hadisəsidir. Vətəndaşların azad şəkildə öz iradəsini ifadə etməsi prosesidir. Buna görə də hər hansı məhdudiyyətin tətbiq olunması ilə bağlı səsləndirilən fikirlər tamamilə əsassızdır. Nəticə etibarilə hər bir vətəndaşın, məmurun hərəkətləri və kommunikasiyaların məhdudlaşdırılması, məzuniyyətinin ləğv olunması Azərbaycan təcrübəsində heç vaxt olmayıb”.

 

Deputat bildirib ki, məzuniyyətlərin ləğv edilməsi və Bakıdan çıxışın qadağan olunması müzakirə mövzusu deyil:

 

“Seçkilərin keçirilməsini tənzimləyən hüquqi prosedurlar, Azərbaycan qanunvericiliyində nəzərdə tutulub. Qanunun verdiyi azadlıqlardan necə istifadə etmək təcrübəsi də cəmiyyətimizdə ənənə halını alıb. Bu günə qədər demokratik seçkilər necə olubsa, indidə eyni qaydada keçiriləcək”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Rusiyada helikopter QƏZASI

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK