Aygün Kazımova Nazirliyin LAYİHƏSİNDƏ

18:06 30-05-2024 | icon 396 | Şou-biznes
Aygün Kazımova Nazirliyin LAYİHƏSİNDƏ

"O, Azərbaycan qadınının daxili səsi, qəlbi, rəngidir"

 

Mədəniyyət Nazirliyinin "Bir muzeyin sirri": tarixi-mədəni yaddaşa düşən işıq layihəsinin növbəti qonağı Xalq artisti Aygün Kazımova olub.

 

Versus.Az xəbər verir ki, “Rəssam Vəcihə Səmədovanın portreti” bu il 100 illik yubileyi qeyd olunan Azərbaycanın ilk peşəkar qadın rəngkarı Vəcihə Səmədovanın parlaq obrazını əks etdirir. 

 

Layihə üçün əsər Aygün Kazımova tərəfindən təqdim olunub. Sujet xəttinə əsasən, videoçarxın qəhrəmanı tamaşaçıları intizarda saxlayaraq əvvəlcə portret haqqında məlumat verir və sonda barəsində danışdığı əsəri tamaşaçıya göstərir. 

 

Pop kraliça rəsmi təqdim edərkən V.Səmədova ilə bağlı "Muzeyə hər gələn onu axtarır: Dünyanın ən sirli qadınını. Mən isə Azərbaycan qadınını axtarırdım. Mühafizəkar cəmiyyətdə doğulsa da, dövürünün qabaqcıl qadınlarından olan birini. Fədakarlığın və sədaqətin zərif təcəssümünü, sevginin rəmzini, gözəlləyin rəsmini. O, Azərbaycan qadınının daxili səsi, qəlbi, rəngidir. O, rənglərin hakimidir. Tanrının barmaqlarından güc alan yaradıcılığı Azərbaycan incəsənətinə qadın ruhu, ana instinkti, Şərq gözəlliyi gətirib. Azərbaycanın ilk qadın rəssamı Vəcihə Səmədovadır. Tabloları onu 100-cü ilində də yaşadır. Yeri və ünvanı bəlli: Azərbaycan Milli İncəsənət Muzeyi" sözlərini söyləyib. 

 

Qeyd edək ki, əsər 1968-ci ildə Vəcihə Səmədovanın həyat yoldaşı, görkəmli rəssam Lətif Feyzullayev tərəfindən fırçaya alınıb. O, bu əsərdə çox sevdiyi ömür-gün yoldaşını, “Azərbaycan rəngkarlığının kraliçası” kimi tanınan Vəcihə Səmədovanı füsunkar bir qadın, böyük istedada malik rəssam kimi təsvir edib. Kətana vurduğu hər bir yaxmada sevimli xanımına olan məhəbbətini izhar edib. Parlaq koloritli təbiət fonunda əks olunan Vəcihə xanım dərin düşüncələrə dalıb. Vəcihə Səmədovanın vəfatından sonra ərsəyə gələn bu əsərdə Lətif Feyzullayevin həm ürək ağrısı, həm də dərin məhəbbət hissinin təcəssümü əbədiləşib.

 

 

Ayəndə Dadaşova
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Rusiyada helikopter QƏZASI

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK