Daha bir Avropa ölkəsi Fələstini TANIYACAQ
Sloveniya Fələstini müstəqil dövlət kimi tanımaq qərarına gəlib.
Versus.az xəbər verir ki, bu barədə Sloveniyanın xarici işlər naziri Tanya Fajon "X" hesabında bildirib.
Müvafiq sənəd ölkə parlamentinə təqdim olunub.
“Sloveniya hökuməti tarixi bir addım atdı. İsraillilər və fələstinlilər öz övladlarını öz dövlətlərində sülh, təhlükəsizlik və rifah içində böyütmək hüququna malikdirlər. Fələstinin tanınması iki ölkə və xalqın sülh şəraitində birgə yaşamasının yeganə yoludur”, - nazir qeyd edib.
Fion əlavə edib ki, Fələstini tanıyan və ya tanımaq niyyətində olan Avropa ölkələrinin sayı artır. Onun sözlərinə görə, bu, Avropa İttifaqının Yaxın Şərqdəki münaqişənin həllində daha fəal rol oynaması deməkdir.
Sloveniyanın baş naziri Robert Qolob bildirib ki, ölkə parlamenti gələn həftə Fələstinin müstəqil dövlət kimi tanınması ilə bağlı qərarı təsdiqləməlidir.
Sloveniyanın "Portal24" nəşri yazır ki, parlamentdəki partiyaların əksəriyyəti və ölkə prezidenti Nataşa Pirc-Musar təklifi dəstəkləyir.
Mayın 22-də Norveç, İspaniya və İrlandiyanın hakimiyyət orqanları Fələstini müstəqil dövlət kimi tanımağa hazır olduqlarını bəyan ediblər. Ölkələr qərarı mayın 28-də təsdiqləyib. İsrailin baş naziri bu qərarı “terrorçuluğun mükafatı” adlandırıb
Hazırda 146 ölkə Fələstini dövlət kimi tanıyır.
Xəbər lenti
Hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIĞI
Sabah Bakıda və Abşeron yarımadasında...