BDU-da bu ixtisas üzrə SABAH qrupları LƏĞV EDİLİR

16:03 31-05-2024 | icon 294 | Təhsil
BDU-da bu ixtisas üzrə SABAH qrupları LƏĞV EDİLİR

Növbəti tədris ili üçün Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsində SABAH qruplarına qəbul aparılmayacaq.

 

Versus.az xəbər verir ki, bu barədə APA Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə istinadən bildirilib.

 

Qeyd edilib ki, Hüquqşünaslıq fakültəsinin SABAH qruplarına qəbulun yalnız Qarabağ Universitetində aparılması nəzərdə tutulub.

 

SABAH qrupları 2014-2015-ci tədris ilində yaradılıb. Qrupun məqsədi tələbələrin intellektual və yaradıcılıq potensialının inkişafı və ixtisaslar üzrə kompetensiyalara tam yiyələnməsini, ali təhsilin keyfiyyətinin yüksəldilməsini və tədrisin təşkilində mütərəqqi forma və metodların tətbiqini təmin etməkdir. 2024-2025-ci tədris ilində Qarabağ Universitetinin bakalavriat səviyyəsində “SABAH” qruplarına tələbə qəbulu aparılacaq.

 

SABAH qruplarında Azərbaycan dili və ədəbiyyat müəllimliyi, ibtidai sinif müəllimliyi, hüquqşünaslıq, maliyyə, riyaziyyat müəllimliyi, xarici dil müəllimliyi (ingilis dili) və mühasibat ixtisasları tədris olunacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Rusiyada helikopter QƏZASI

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK