Xoşagəlməz məlumat YAYILDI

09:01 01-06-2024 | icon 328 | Gündəm
Xoşagəlməz məlumat YAYILDI

30 min erməni Xankəndi ilə bağlı bu xəbəri gözləyir?

 

Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasinin ölkəsinin Xankəndidə konsulluq açmaq istədiyini deməsi hələ də ciddi şəkildə müzakirə edilir. İddialardan biri də budur ki, Kreml bununla yaxın gələcəkdə ermənilərin Xankəndiyə qayıdışını təmin edə bilər.

 

Aydın məsələdir ki, Karasin bunu özbaşına deməyib. Yəni ölkəsinin mövqeyidir, lakin rəsmi Bakı da məsələ ilə bağlı müsbət və ya mənfi bir şey səsləndirməyib.

 

Ümumiyyətlə, açıqlamadan sonra bir çox versiyalar irəli sürülür. Bunlardan biri də Rusiyanın keçmiş qondarma rejimin nümayəndələrinə, habelə Xankəndi və ətrafında yaşayan ermənilərə Rusiya pasportu paylamasıdır. Hətta qeyd edilir ki, Qarabağı tərk edən 100 min erməninin 30 minə yaxınının Rusiya pasportu-vətəndaşlığı var.

 

Yəni versiya budur ki, Kreml konsulluq xidməti vasitəsilə Xankəndiyə dönən kimi “həmin şəxslərin hüquqlarını qoruyuruq” nağıllarına başlayıb, problem yaratmağa çalışacaq.

 

Rusiyanın işğal dövründə ermənilərə rus pasportu-vətəndaşlığı verməsi mümkündür. Lakin bu o demək deyil ki, Kreml Xankəndidə konsulluq açacaq və dərhal həmin şəxsləri “hüquqlarını qorumaq” adı altında Qarabağa daşıyacaq.

 

Birincisi, Azərbaycan erməni əsilli şəxsləri Qarabağdan nə qovub, nə də məcbur göndərib. Bu şəxslər öz istəkləri ilə ərazini tərk ediblər. Rəsmi Bakı istər reinterqasiya prosesi çərçivəsində, istərsə də lokal xarakterli antiterror əməliyyatları sonrası bu şəxslərin qalıb vətəndaşlığımızı qəbul edərək yaşamasını təklif edib. Lakin onlar bunu istəməyib.

 

Rusiyanın konsulluq təklifinə Bakının verəcəyi cavab bəllidir: erməni əsilli şəxslər Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər.

 

İkincisi, Qarabağı tərk edən şəxslər Laçından Ermənistana keçərkən onların şəxsiyyəti, vətəndaşlığı yoxlamalarla müəyyən edilib. Yəni kimin geri gələcəyini ya da gələ bilməyəcəyini Bakı yaxşı bilir.

 

Üçüncüsü, Qarabağdan Ermənistana köçən ermənilərin böyük qismi Avropaya üz tutub. Bu şəxslər miqrant kimi bir çox ölkəyə müraciət edib və qəbul da edilib. Yəni Rusiya bundan sonra istəsə belə əraziyə erməniləri, ya da rus vətəndaşlığı olan şəxsləri cəlb edə bilməyəcək.

 

Bu gün Qarabağa azərbaycanlıların giriş-çıxışı xüsusi ehtiyat və yoxlama ilə aparılır. Gələcəkdə ərazidə rus və ya qeyri-etniklər də məskunlaşmaq istədikdə proses dövlət nəzarəti ilə bütün risk faktorları hesablanaraq baş tutacaq.

 

Bir daha qeyd etmək yerinə düşər: Azərbaycan hələ ki bu təklifə müsbət və ya mənfi bir cavab verməyib.

 

Turan Rzayev

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Rusiyada helikopter QƏZASI

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK