Hərbi attaşelər Gəncədə…

17:38 01-06-2024 | icon 433 | Gündəm
Hərbi attaşelər Gəncədə…

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin “N” hərbi hissəsinə tanışlıq səfəri təşkil olunub.

 

Müdafiə Nazirliyindən verilən xəbərə görə, əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılan büstü önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsinə hörmət və ehtiram nümayiş etdirilib.

 

Sonra 22 dövləti təmsil edən hərbi attaşelik aparatlarının 26 nümayəndəsinə hərbi hissənin yaranması və döyüş yolu haqqında brifinq verilib. Qonaqlar şəxsi heyətə verilən yeni növ hərbi geyim forması, gündəlik qida təminatı, məişət şəraiti və hərbi hissənin silahlanmasında olan bəzi döyüş texnikası ilə tanış olublar.

 

Səfər çərçivəsində qonaqlar Nizami Gəncəvi məqbərəsi və muzeyi, Fikrət Əmirov adına Gəncə Dövlət Flarmoniyası, Şah Abbas məscidi, Göygöl Milli parkını, həmçinin 2020-ci ilin oktyabr ayında erməni silahlı qüvvələrinin Gəncə şəhərinə müxtəlif raketlərlə hücumu zamanı dağıdılmış yaşayış yerlərini ziyarət ediblər.

 

Hərbi attaşelər səfərin yüksək səviyyədə təşkilinə, göstərilən diqqət və qonaqpərvərliyə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 

Hərbi attaşelərin "N" hərbi hissəsinə tanışlıq səfəri təşkil olunubHərbi attaşelərin "N" hərbi hissəsinə tanışlıq səfəri təşkil olunubHərbi attaşelərin "N" hərbi hissəsinə tanışlıq səfəri təşkil olunubHərbi attaşelərin "N" hərbi hissəsinə tanışlıq səfəri təşkil olunubHərbi attaşelərin "N" hərbi hissəsinə tanışlıq səfəri təşkil olunubHərbi attaşelərin "N" hərbi hissəsinə tanışlıq səfəri təşkil olunub

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Rusiyada helikopter QƏZASI

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK