Buna görə xəstəliklərin sayı ARTIR

18:01 01-06-2024 | icon 341 | Sağlamlıq
Buna görə xəstəliklərin sayı ARTIR

Qlobal istiləşmə ilə bağlı xəstəliklərin sayı artmaqdadır. İnsanlar arasında yayılan bir çox xəstəliklər istilik dalğaları, yoluxucu xəstəliklərin ötürülməsi və iqlim dəyişkənliyi ilə əlaqələndirilir.

 

Bunu Azərbaycan nümayəndə heyətinin rəhbəri, səhiyyə naziri Teymur Musayev Ümumdünya Səhiyyə Assambleyasının 77-ci sessiyası çərçivəsində “İqlim dəyişikliyi və səhiyyə: Birgə fəaliyyət üçün qlobal baxış” adlı strateji dəyirmi masada çıxışı zamanı deyib.

 

Nazir qeyd edib ki, bu gün bəşəriyyət iqlim dəyişikliyinin birbaşa və dolayı təsirlərini yaşayır:

 

“Son onilliklərdə sel, quraqlıq, tufan kimi ekstremal hava hadisələrinin tezliyi və şiddəti artıb. Bu iqlim hadisələri dolayısı ilə havanın keyfiyyətinə, suyun çirklənməsinə, torpaqdan istifadə imkanlarına təsir edir”.

 

Nümayəndə heyətinin rəhbəri təəssüf hissi ilə qeyd edib ki, iqlim dəyişikliyinin sağlamlığa təsiri barədə səhiyyə işçilərinin məlumatlılığı qənaətbəxş səviyyədə deyil:

 

“Tədris proqramlarına “İqlim dəyişikliyi və səhiyyə” fənninin daxil edilməsi təklif olunur. Bundan əlavə, ÜST Akademiyası iqlim dəyişikliyi və sağlamlıq mövzusunda davamlı təhsilin təmin edilməsi üçün onlayn platformanın yaradılmasında əsas rol oynaya bilər”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Rusiyada helikopter QƏZASI

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK