Azərbaycan çempionu həbs edildi

18:33 03-06-2024 | icon 206 | İdman
Azərbaycan çempionu həbs edildi

Ağır atletika üzrə Azərbaycan çempionu, bir sıra beynəlxalq yarışların qalibi Ümidvar Bayramlı həbs edilib.

 

Versus.az xəbər verir ki, barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılmış idmançıya Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. Dostunu bıçaqlamaqda təqsirli bilinən 2001-ci il təvəllüdlü idmançıya 5 il müddətinə həbs cəzası verilib.

 

Bildirilib ki, Ü.Bayramlı 27 sentyabr 2023-cü il tarixində, saat 23.00 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsindəki yaşayış kompleksində tanışı Mirzə adlı şəxsi bıçaqlayıb. Belə ki, Ümidvar Bayramlının zərərçəkmişə satdığı mobil telefon nasaz çıxdığı üçün onlar arasında mübahisə yaranıb. Mübahisə zəminində Ü.Bayramlı tanışına bıçaqla qarın nahiyəsindən zərbə endirib. Düz və çənbər bağırsaqları kəsilən Mirzə xəstəxanaya çatdırılıb.

 

O da məlum olub ki, gənc idmançı 2022-ci ildə oğurluq əməlinə görə də məhkum edilibmiş və bıçaqlanma hadisəsini törədərkən həmin cəzasını çəkib başa vurmayıbmış.

 

Məhkəmədə Ü.Bayramlı bildirib ki, Mirzəni görüşə yaranmış mübahisə ilə əlaqədar çağırıb və onu söyüşə görə bıçaqlayıb.

 

Qeyd edək ki, 2001-ci il təvəllüdlü Ümidvar Bayramlı ağır atletika üzrə Azərbaycan çempiondur. O, həmçinin İsveçdə keçirilən Avropa birinciliyində bürünc medal qazanıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Rusiyada helikopter QƏZASI

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK