Məcburi hərbi xidmət QƏRARI

08:14 04-06-2024 | icon 199 | Dünya
Məcburi hərbi xidmət QƏRARI

“On minlərlə insan yoxa çıxdı...”

 

Vətəndaş qarşıdurmasının davam etdiyi Myanmada səfərbərlik qərarı elan edildikdən sonra on minlərlə kişi xaricə qaçmağa başlayıb.

 

Bu barədə “Washington Post” qəzeti məlumat yayıb.

 

Ordunun fevral ayında tətbiq etdiyi məcburi hərbi xidmət qanununa görə, ildə 60 min nəfərin hərbi xidmətə cəlb ediləcəyi gözlənilir. Lakin bu qərardan sonra hər ay on minlərlə kişinin Taylanda qaçdığı məlum olub.

 

BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının rəqəmlərinə görə, mart ayında 120 min insan Myanmadan Taylanda qaçıb. Həmin şəxslərin təxminən 60 faizi özləri ilə heç bir sənəd aparmayıb.

 

Digər tərəfdən, Taylandın qeyri-qanuni keçidlərin qarşısını almaq üçün sərhəd patrullarını artırdığı və ələ keçirilən sənədsiz immiqrantları Myanmaya geri göndərdiyi vurğulanıb.

 

Qeyd edək ki, səfərbərlik çərçivəsində 18-35 yaşlı kişilər və 18-27 yaşlı qadınların iki il müddətinə hərbi xidmətə çağırılacağı açıqlanıb.

 

Myanma ordusu 7,7 milyonu qadın olmaqla, ümumilikdə 14 milyon vətəndaşın hərbi xidmətə yayarlı olduğunu bəyan edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Rusiyada helikopter QƏZASI

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK