Azərbaycan “Euro-5” benzinin istehsalına BAŞLAYIR

16:19 04-06-2024 | icon 217 | İqtisadiyyat
Azərbaycan “Euro-5” benzinin istehsalına BAŞLAYIR

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu (BNEZ) bu ay “Euro-5” ekoloji standartlarına uyğun avtomobil benzininin istehsalına başlamağı planlaşdırır.

 

Versus.az xəbər verir ki, bu barədə SOCAR-dan məlumat verilib.

 

“Zavod 2023-cü ilin may ayında “Euro-5” standartlarına uyğun dizel yanacağı istehsalına başlayıb, 2024-cü ilin iyununda BNEZ “Euro-5” standartlarına uyğun avtomobil benzini istehsalına başlamağı planlaşdırır”, - şirkət qeyd edib.

 

SOCAR-ın məlumatına görə, bu il yenidənqurma və təkmilləşdirmə çərçivəsində BNEZ-də izomerləşdirmə və MTBE qurğusu istifadəyə verilib.

 

Bildirilib ki, son 70 ildə zavod 370 milyon ton neft emal edib.

 

Xatırladaq ki, 2023-cü ildə BNEZ-də 6,3 milyon ton neft emal edilib və nəticədə 1,5 milyon ton avtomobil benzini istehsal edilib.

 

2023-cü ildə BNEZ-də neft emalı dərinliyi 98 % (2022-ci ildə - 96,3 %) təşkil edib.

 

Zavod hazırda genişmiqyaslı modernləşdirmə və yenidənqurma layihəsini həyata keçirir.

 

BNEZ-in illik emal gücü hazırda 6,5 milyon ton təşkil edir, modernləşdirmə və yenidənqurma işlərinin nəticələrinə görə, zavod Xəzər regionu ölkələrindən bütün növ neftin emal edilməsi üçün nəzərdə tutulub. Layihənin tam başa çatdırılması 2027-ci ilə planlaşdırılır.

 

Modernləşdirmə başa çatdıqdan sonra zavod ildə 2 milyon ton avtomobil benzini, 2,9 milyon ton dizel yanacağı, 1 milyon ton təyyarə yanacağı, 390 min ton neft-kimya məhsulları istehsal edəcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Rusiyada helikopter QƏZASI

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK