“Etirazlar yüksəlsə də, bu proses davam edəcək”

15:30 05-06-2024 | icon 190 | Siyasət
“Etirazlar yüksəlsə də, bu proses davam edəcək”

Mahir Abbaszadə: “Sərhədlərin dəqiqləşdirilməsi böyük sülh sazişinə aparan ciddi yollardan biridir”

 

Dörd kəndin geri alınmasından sonra Ermənistanda baş qaldıran revanşist qüvvələrin keşişin rəhbərliyi ilə keçirdiyi etiraz aksiyalarının sülh prosesinin ləngiməsinə yönəldiyi narahatlıqla yanaşı, bir sıra mühüm nüanslar da ortaya çıxır.

 

Versus.Az xəbər verir ki, məsələyə münasibət bildirən Milli Məclisin deputatı Mahir Abbaszadə bildirib ki, delimitasiya, demorkasiya prosesinin həyata keçirilməsi, bağlanacaq sülh müqaviləsi, bütövlükdə Azərbaycan Ermənistan münasibətlərinin normallaşması, Cənubi Qafqazda daimi qalıcı sülhün bərpa olmasında mühüm rol oynayacaq.

 

Deputat qeyd edib ki, bu proses sürətlə davam etdirilmlidir:

 

“Son vaxtlar bu istiqamətdə hər iki ölkənin baş nazirlərinin müavinləri səviyyəsində işçi komissiya fəaliyyət göstərir. Açıq etiraf etmək lazımdır ki, bu komissiya artıq müsbət nəticələr əldə etməkdədir. Qazax rayonu ərazilərindən qoparılan Azərbaycanın qədim torpaqlarının - 4 kəndin ermənilər tərəfindən geri qaytarılması və bu ərazilərdə delimitasiya və demorkasiya işinin aparılması müsbət haldır və proses davam etdirilməlidir”.

 

Deputat hesab edir ki, sərhədlərin delimitasiya, demorkasiya prosesi Azərbaycanla Ermənistan arasında bağlanılacaq uzunmüddətli və qalıcı sülhü şərtləndirən əsas əlamətlərdən biridir:

 

“Proselərinin sürətlə həyata keçirilməsi, sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı son vaxtlar ciddi irəliləyişlərin olduğunu görürük. Təbii ki, bütün bu irəliləyişlər Azərbaycanla Ermənistan arasında hədəflənən sülh sazişinin imzalanmasının əsas vasitəsi kimi çıxış etməkdədir. II Qarabağ savaşına qədər Ermənistan Azərbaycanın təxminn 440 min km. əraizisində sərhədlərini pozmuşdu. Artıq 1992-ci ildə pozulmuş və 44 günlük müharibədən sonra bərpa edilmiş sərhədlərin dəqiqləşdirilməsinə çox ehtiyc var. Yəqin ki, proseslər bu istiqamətdə davam etdiriləcək. Çünki sərhədlərin dəqiqləşdirilməsi böyük sülh sazişinə aparan ciddi yollardan biridir. Artıq Ermənistanda revanşistlərin, yalançı vətənpərvərlərin bu prosesi ləngitmək və bunu bəhanə edərək Ermənistan hakimiyyətinə ciddi təsirər göstərmək üçün küçə yürüşlərinə əl atmaları məsələyə daha ciddi yanaşılmanı təlb edir. Lakin Ermənistanda “sülhdən başqa digər yolunun olmadığı” fikirləri zaman gələcək hakim olacaq. Çünki Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədləri Ermənistanın ümumən sərhədlərinin təxminən 75 faizini təşkil edir. O üzdən hesab edirəm ki, etirazlar yüksəlsə də, bu proses davam edəcək”.

 

M.Abbaszadə bildirib ki, sərhədlərin neçənci illərin xəritələrinə görə müəyyənləşməsi ciddi müzakirə predmetidir. Deputat qeyd edib ki, bəzi mülahizələrə görə sərhədlər 1976-cı ilin xəritələrinə görə, bəzi mülahizələrdə isə 1991-ci il və Almatı bəyannaməsi ilə hesablanmalıdır.

 

M.Abbaszadə hesab edir ki, bütün hallarda beynəlxalq hüquq və o torpaqların əsl sahiblərinin kim olduğu və sərhədlərinin haradan başladığını göstərən tarixi faktlar əsas götürülərək delimitasiya prosesi sürətlənməlidir.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Rusiyada helikopter QƏZASI

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK

Tovuzda zəncirvari QƏZA

Tünzalə bu dəfə su pərisi oldu

Omeqa-3 ilə EHTİYATLI OLUN